Rusiyanın müdafiə naziri ölkəsi üçün yeni geosiyasi resurs yaradır

Rusiya Federasiyasının regional maraqları son illər özünü daha çox Şərqdə, Afrika qitəsində büruzə verir. Yaxın Şərqin bir sıra ölkələrində, ən əsasda Suriyada möhkəmlənməyi qarşısına məqsəd qoyaraq bu istiqamətdə ciddi çalışan, hətta müəyyən nailiyyətlər əldə edən Moskva indi də əsas diqqəti Myanma və Laosa yönəldib. Hər halda şimal qonşumuzun müdafiə nazirinin bu günlərdə adıçəkilən ölkələrə səfər etməsi deyilənlərdən xəbər verir.

Rusiya Federasiyasının regional maraqları son illər özünü daha çox Şərqdə, Afrika qitəsində büruzə verir. Yaxın Şərqin bir sıra ölkələrində, ən əsasda Suriyada möhkəmlənməyi qarşısına məqsəd qoyaraq bu istiqamətdə ciddi çalışan, hətta müəyyən nailiyyətlər əldə edən Moskva indi də əsas diqqəti Myanma və Laosa yönəldib. Hər halda şimal qonşumuzun müdafiə nazirinin bu günlərdə adıçəkilən ölkələrə səfər etməsi deyilənlərdən xəbər verir. Xəbərlərdəndə də məlum olduğuy kimi Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Myanma və Laosa səfər edib. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, 2017-ci ilin dekabr ayında Rusiya Federasiyasının Myanma hadisələriniə mövqeyi 180 dərəcə dəyişmişdi. Rusiya müdafiə nazirinin Myanma və Laosa səfər etməsi məsələsinə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Rusiyanın BMT-dəki nümayəndəsi V.Nebenzya hələ o zaman Myanmada müsəlmanların "soyqırımı" mövzusunda spekulyasiya etməməyə çağırdı: "Rusiyanın Xarici İşlər Nazirliyi Rohinca döyüşçülərinin Myanmadakı fəaliyyətindən narahatlığını bildirdi. İndi vəziyyəti başa düşmək üçün əlavə arqument ortalıqdadır. Bu, Rusiya müdafiə naziri Sergey Şoyqunun həmin regiona marağının olmasıdır. Sergey Şoyqu Myanma, Laos və Vyetnama səfər etdi. Nazir Myanmada bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı, böyük general Min Aunq Xlayn ilə hərbi gəmilərin limanlara sadələşdirilmiş daxil olması barədə prinsipial mövqeni razılaşdırdı və sənədi hər iki nazirin müavinləri imzaladılar. Rusiya Myanmaya 6 ədəd Su-30 qırıcısı satmaq barədə müqavilə imzaladı. Myanmanın Rusiya mənşəli digər dəniz və quru hərbi texnikasına da marağı var. Rusiya Myanmaya pilotsuz uçuş aparatları verməyi və onları idarə etməyi öyrədəcəyini vəd etdi". Mərkəz rəhbəri qeyd edib ki, bu əməkdaşlıq, xüsusilə silah alveri Vaşinqton üçün heç də ürəkaçan deyil və Birləşmiş Ştatlar bu silah alverini pislədi: "Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlar Dövlət Departamentinin mövqeyini fantaziya ilə zəngin mövqe adlandırdı". Mübariz Əhmədoğlu deyib ki, Laosda isə Sergey Şoyqu müdafiə naziri Tiyansamon Tiyanyalatu ilə hərbi sahədə ikitərəfli əməkdaşlığı müzakirə edib: "Analoji missiya ilə S.Şoyqu Vyetnamda da oldu. Diqqət çəkən və ya Rusiyanın mövqeyini izah edən məsələ Şoyqunun mənəvi-dini bağlarla adı çəkilən region dövlətlərinin xalqları ilə əlaqəli olmasıdır. Beləliklə Rusiya müdafiə naziri Sergey Şoyqu eyni mənəviyyat daşıyıcılarına təkcə hərbi deyil, hərtərəfli dəstəyinin bünövrəsini qoyur. Nəticədə, bu region dövlətlərini-Çin, Hindistan və Yaponiyanı çıxmaq şərti ilə-demək olar ki, hamiliyə götürür. Bu dövlətlər öz regionlarında Rusiyanın maraqlarının daşıyıcısına çevrilirlər". Mərkəz rəhbəri onu da vurğulayıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun Myanmaya xüsusi diqqəti antiİslam xarakterli deyil. Onun sözlərinə görə, Rusiya həm çoxmilyonlu müsəlmanın yaşadığı ölkədir, həm də Rusiya üçün İslam ölkələri ilə də əlaqə vacibdir: "Sergey Şoyqu düşüncə tərzinə görə etatistdir. Myanmada Rohincalara qarşı dövlət siyasətinin mahiyyətində Myanma elitası və mərkəzi hakimiyyətinin bu məsələni özləri üçün təhlükə kimi görməsindədir. Çünki Myanmada mərkəzi hakimiyyət bir sıra özünü xarici təsirlərdən qoruya bilmir. Şoyqunun hamiliyi ilə özünü inamlı hesab edən Myanma hökuməti yaxın perspektivdə Rohinca müsəlmanlarına vətəndaşlıq verməklə, onları daha asan idarə edə biləcək".

Mübariz Əhmədoğlu bu arada İranla Dağıstan arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlara da diqqət çəkib. Bildirib ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqlarının olduğunu ehtimal etmək olar: "Şimali Qafqaz regionu üzrə Kremlin apardığı siyasətin bir qisim nəticələri tədricən üzə çıxır. İlk əvvəl yalnız Çeçenistan beynəlxalq əlaqələrlə məşğul idi. Çeçenistanın başçısı Ramzan Kadırovun qurduğu əlaqələrin böyük əksəriyyəti Ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə idi. Belə vəziyyət Çeçenistana ümumilikdə Şimali Qafqaza xüsusi mövqe qazandırırdı. Ehtimal ki, bunun qarşısını almaq üçün Kreml digər iki regionu- İnquşetiya və Dağıstanı da beynəlxalq əlaqələr prizmasından aktuallaşdırdı. İnquşetiya həm Suriya,həm də Səudiyyə Ərəbistanında iş aparmağa başlayıb. Bu faktiki olaraq Çeçenistanın payına şərik olma anlamındadır. İnquşetiyanın Suriyadakı proseslərə qoşulma payının artması çox ehtimal olunandır. Dağıstan isə hələlik yalnız İranla əlaqələrə malikdir. Dağıstandan İrana mal və qoyun əti göndərilməsi işi qurulub. Hər ay 600-700 ton soyudulmuş ətin göndərilməsi işi qurulub. Bu işlər Gizlər ət kombinatında qurulub. Dağıstan respublikasının İrandakı ticarət təmsilçisi Emin Əliyev bu işin perspektivinə inanır və qeyd edir ki, İranda ət çox bahadır. O hal-hazırda dondurulmuş halda Argentina və Braziliyadan gətirilir. İranda sanitar tələblər çox sərtdir. Digər dövlətlərdə belə tələb yoxdur. E.Əliyevin digər açıqlamasına görə İran Dağıstanda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrini aça bilər. Yaxınlarda Mazandaran, Gülüstan, Şərqi və Qərbi Azərbaycan əyalətləri ilə belə sənədlər imzalanacaq. İnvestisiya İranın olduğu üçün bütün birgə müəssisələr də xalis İrana məxsus olacaqdır.

İran Dağıstanda həm də düyü yetişdirəcək. Ticarət nümayəndəsinin fikrincə, Dağıstan İrandan böyük turist axını gözləyir. Tehranla Mahaçkala arasında aviareysin olmaması bu işi yubadır. Ehtimal ki, Dağıstanla iqtisadi əlaqələri gücləndirməkdə İranın tarixə söykənili siyasi maraqları da var".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31