Binəqədidə daha 2 küçədə təmir-tikinti işləri yekunlaşır

Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir.

Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, söhbət 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir. Hər iki küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri ( su, kanalizasiya, qaz, rabitə, elektrik ) bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31