Tehran Ankaranın antiterror əməliyyatından niyə narahatdır?
Türkiyə Suriyada antiterror əməliyyatını uğurla davam etdirir. Təxminən 20 günə yaxın bir müddətdir ki. davam edən antiterror əməliyyatı Suriyanın torpaq bütünlüyü və suverenliyinə təhdid olmasa da, lakin başda Suriyanın diktatoru Bəşər Əsəd olmaqla bir çox beynəlxalq antiTürkiyə dairələr Ankaranın Suriyada həyata keçirdiyi antiterror əməliyyatını Suriyanın ərazi bütövlüyünün Türkiyə tərəfindən pozulması kimi qələmə verməyə çalışırlar. Nədən ki, Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPĞ/PYD-yə qarşı apardığı uğurlu əməliyyat həmin xarici dairələri ciddi narahat edir. Çünki elə o dairələr zaman-zaman terror təşkilatı vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışırlar. Təbii ki, terrorçulara maddi dəstək və silah yardımı etməklə.
6 Fevral 2018 15:03 DünyaTürkiyə Suriyada antiterror əməliyyatını uğurla davam etdirir. Təxminən 20 günə yaxın bir müddətdir ki. davam edən antiterror əməliyyatı Suriyanın torpaq bütünlüyü və suverenliyinə təhdid olmasa da, lakin başda Suriyanın diktatoru Bəşər Əsəd olmaqla bir çox beynəlxalq antiTürkiyə dairələr Ankaranın Suriyada həyata keçirdiyi antiterror əməliyyatını Suriyanın ərazi bütövlüyünün Türkiyə tərəfindən pozulması kimi qələmə verməyə çalışırlar. Nədən ki, Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPĞ/PYD-yə qarşı apardığı uğurlu əməliyyat həmin xarici dairələri ciddi narahat edir. Çünki elə o dairələr zaman-zaman terror təşkilatı vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışırlar. Təbii ki, terrorçulara maddi dəstək və silah yardımı etməklə.
Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına etiraz edənlər özləri elə sözdə terrora qarşı mübarizə aparılmasının vacibliyini vurğulayanlardır. Ancaq təəssüflər olsun ki, indiki mərhələdə onların fikirləri ilə əməlləri üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir.
Qardaş ölkənin Suriyada terror təşkilatına qarşı apardığı uğurlu hərbi əməliyyata etiraz edən ölkələrdən biri də nə qədər qəribə də olsa cənub qonşumuz İran İslam Respublikasıdır. Ankaranın Afrində "Zeytun budağı" adı altında hərbi əməliyyatlara başladığı ilk gündən Tehran Ankaradan antiterror əməliyyatlarını dayandırmağı tələb edib. Əslində Tehranın bu narahatçılığının səbəbi bəlli olsa da, yenə də cərəyan edən proseslərə nəzər yetirib İranın əndişəsinə aydınlıq gətirmək zəruridir. Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzi maraqlı dəyərləndirmə ilə çıxış edib. Mərkəz Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatını yüksək dəyərləndirməklə yanaşı bu əməliyyatda Ankaraya qarşı çıxan dairələrin də mövqelərinə toxunub: "Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirir. Bu arada Ankaranın həyata keçirdiyi antiterror əməliyyatına müxtəlif dövlətlərdən gələn reaksiyalar fərqlidir. Türkiyə Rusiyanın tərəfdaşına müdaxilə etmir. Eyni zamanda Birləşmiş Ştatlar Suriya kürdlərinə dəstək verməkdən imtina etməsinə baxmayaraq, Ankaranı hərbi əməliyyatlar üçün şiddətlə tənqid edir. Son zamanlarda isə Tehrandan Ankaraya yönəlik çağırışlar səslənir ki, bu da antiterror əməliyyatının dayandırılması çağırışıdır. Artıq hərbi əməliyyatın 17-ci günüdür və təxminən 1000 terrorçu öldürülüb. Türkiyənin terrorçuları məhv etdiyi bir arada İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi Türkiyənin Suriyada hərbi əməliyyatı dayandırması və əsgərlərini geri çəkməsinin lazım olduğunu söyləyib. O, qeyd edib ki. Türkiyə də Suriyanın ərazi bütövlüyünə hörmət etməlidir". Mərkəz hesab edir ki, Tehranın Ankaraya Suriyanın ərazi bütövlüyünə hörmət etmək çağırışı əsassızdır. Çünki Türkiyə hərbi əməliyyatlara başalayanda bəyan etmişdi ki. "Zeytun budağı" əməliyyatı yalnız və yalnız kürd terrorçularına qarşı yönəlib. Tehranın Türkiyənin hərbi əməliyyatlarını dayandırmaq çağırışı əslində İranın Suriyadakı mövqelərinin zəifləməsi təhlükəsindən irəli gəlir. Mərkəz hesab edir ki. bütün halda Tehran Ankaranın hərbi əməliyyatlaını dayandıra bilməz. Çünki İran Rusiya qədər güclü və təsirli bir ölkə deyil: "Tehran Türkiyənin hərbi əməliyyatını dayandıra bilməz. Çünki İran Rusiya kimi güclü deyil. Eyni zamanda Ankara da İran kimi deyil. Türkiyə Rusiyanın Suriyadakı maraqlarını nəzərə alır".
Bəs nə üçün İran Suriyadakı Türkiyənin əməliyyatına qarşı çıxır? Mərkəz hesab edir ki, əslində, Türkiyənin fəaliyyəti də İranın maraqlarına cavab verir. Çünki Ankara yalnız Türkiyədə və Suriya deyil, eyni zamanda İrandan ərazi tələb edən kürd silahlı qüvvələri ilə mübarizə aparır. Düzdür, İran kürdlərə heç bir muxtariyyət vermək istəmir. Buna baxmayaraq, Tehran hələ də Türkiyəni Suriya kürdlərinə qarşı mübarizəni tərk etməyə çağırır. Bunun əsl səbəbləri isə bunlardır.
Birincisi, Tehran Bəşər Əsədin müttəfiqidir və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda İran Türkiyə qoşunlarının Suriyada uzun müddət saxlanacağından qorxur və Tehran bunu istəmir.
İkincisi, Tehran Ankaranın hərbi əməliyyatlar məsələsində Moskva ilə təmasda olduğunu və İranın maraqlarını nəzərə almadığını düşünür. Bu amil də Tehranda qıcıq doğurur. Buna görə də Tehran İranın Suriya ərazisində bir oyunçu olduğunu və Ankaranın bu faktoru nəzərə almalı olduğunu düşünür.
Məlumat üçün qeyd edək ki, hələ hərbi əməliyyatlar başlamazdan əvvəl Türkiyənin Baş Qərargahının rəhbəri Akar İran Baş Qərargahının rəhbəri Məhəmməd Bəkiri ilə telefon əlaqəsi yaradaraq Tehranı də bu barədə məlumatlandırıb. Ancaq aydındır ki, bu Tehran üçün kifayət deyil. İran, Ankaranın Tehrana hərbi əməliyyatla əlaqədar hesabat verməsini istəyir. Lakin bu mümkün deyil. Əgər Ankara Afrin əməliyyatı ilə bağlı Tehrana hansısa hesabat verərsə, bu Türkiyənin İrandan asılı olduğu görüntüsü yaradar. Onu da qeyd edək ki, İran hakimiyyəti daxilində, eləcə də cəmiyyətində Türkiyənin antiterror əməliyyatı ilə bağlı fikir birliyi yoxdur. Cənub qonşumuzda bəzi qüvvələr Türkiyənin hərbi əməliyyatını tənqid etdiyi halda, bir başqaları səssiz qalır, bəziləri isə Suriyadakı Türkiyənin hərbi əməliyyatına müdaxilə etmək lazım olmadığını düşünür, hətta Ankaranı terrorizmə qarşı mübarizədə dəstəkləyirlər.
Məhəmməd