Gündəm
Növbədənkənar prezident seçkiləri milli maraqların qorunması baxımından tam əsaslıdır
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən, bu il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri oktyabr ayında deyil, bir qədər tez, aprel ayının 11-də baş tutacaq.
Radikallar Yusif Sərrac axtarışında...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladı. Amma elə sərəncamın mürəkkəbi quruyar-qurumaz hər bir görülən işə, imzalanan fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına mız qoymağa adət eləmiş bəzi siyasi çevrələr dövlət başçısının bu sərəncamında da nələrsə axtarmağa başladılar. Və öz başlarına, yanaşmalarına uyğun ehtimallar, iddialar da ortaya atdılar.
Keçmiş millət vəkilinə AĞIR İTKİ - Oğlu öldü
2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.
Övladlığa götürmədə valideynin icazəsi hansı halda nəzərə alınmır?
Hazırda nəinki Azərbaycanda, eləcə də dünyada övladlığa uşaq götürmə prosesi mürəkkəbliyi ilə müşühidə olunur. Nəzərə almaq lazımdır ki, bu seçimin məsuliyyət məsələsinin əvvəlcədən müəyyən edilməsi sonradan baş verə biləcək neqativ halların aradan qaldırılmasına hesablanıb. Azərbaycanın ailə qanunvericiliyində övladlığa götürmə üçün yaş həddi nəzərdə tutulmayıb. Lakin, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır.
Növbədənkənar prezident seçkisi dövlətin və millətin maraqlarına xidmət edir
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı ətrafında müxtəlif fikirlər səslənməkdədir. Lakin etiraf edilməlidir ki, sözügedən sərəncam siyasi, iqtisadi baxımdan dövlətin və millətin maraqlarına xidmət edir.
Müxalifət yekcins deyil və siyasi palitra çoxçalarlıdır
Aprel ayında ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə qərar müxalifət düşərgəsində soyuq duş effekti yaradıb. Seçkilərin oktyabr ayında keçiriləcəyini düşünən müxalifət hazırlıqları ona uyğun planlaşdırıb, hələlik bu istiqamətdə heç bir fəallıq göstərmədiyi halda, seçki vaxtının dəyişdirilməsi bu düşərgədə ciddi narahatçılıq yaradıb. Artıq bir sıra partiyalar seçkilərlə bağlı qərarlarını da açıqlayıblar. Ancaq maraqlıdır ki, bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkidə iştirak tərəfdarı olan Azərbaycan Milli İstiqlal Partiyası bu barədə nə düşünür? Partiyas seçkilərə öz namizədi ilə gedəcəkmi? Bu və ya digər suallarla partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu ilə söhbətləşdik. Əli Oruclu cari il ərzində təmsil etdiyi partiyanın qurultayının keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirdi.
Ərdoğan MEYDAN OXUDU: O torpaqları əsl sahiblərinə qaytaracağıq
Biz Münbiçə torpaqları əsl sahiblərinə təhvil vermək üçün gələcəyik. Biz Amerikaya terror təşkilatlarına dəstək verməyin dedik . Bunu AK Partiyanın iclasında çıxış edərkən prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Uşaqlara “Arenda”, “Toybəy” adı qoymaq istəyiblər
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki "Adlar və soyadlar" komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
YPG-li terrorist uşağa qarşı elə bir hərəkət etdi ki… - VİDEO 18 +
YPG terroristlər sivil camaata atəş açmaqda davam edir. Zeytun budağı əməliyyatı başladığı gündən etibarən Türk əsgərlərinin vətəndaşları öldürməsi yalanına sığınan terroristlərin dəhşətli görüntüləri yayılıb. YPG-li terrorist avtomatla suriyalı uşağı güllə yağışına tutub.
Alt paltarında heroin keçirmək istəyən şəxs yaxalandı
İrandan Azərbaycana narkotika keçirən şəxs yaxalanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Oqtay Əsədov Rusiyaya səfər edib
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya paytaxtı Moskvada səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.
Tahir Rzayev: “Bələdiyyələr bəzən əsassız yerə cərimələnirlər”
“Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabatın formatını dəyişdirmək lazəmdır, çünki elə məsələlər var ki, orada əksini tapır, eləsi də var ki, əksini tapmır və nəticə də də bəzi məqamlar vətəndaşlar üçün qaranlıq qalır”.“Olaylar”ın məlumatına görə, bunu deputat Tahir Rzayev Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsində çıxışı zamanı deyib: “Xüsusilə də parlamentdə, komitəmizdə bələdiyyələrin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı deputatların xeyli səmərəli təklifləri olur.
Ciddi xəstəlik – Piylənmə
Bu gün dünyada, eləcə də ölkəmizdə bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Zamanında sağlam həyat tərzinə müraciət etmədikdə artıq çəki piylənməyə səbəb olur ki, bu da insan sağlamlığında müəyyən fəsadlar yaradır. Piylənmədən əziyyət çəkən şəxslər çox zaman bariatrik cərrahiyyəyə müraciət edirlər.
Dövlət qulluğunda işləmək istəyənlər fevralın 18-də imtahana çəkiləcəklər
Dövlət İmtahan Mərkəzi fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək. Məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır.
Ermənilərin məhv etdiyi sərvətimiz
Azərbaycanın işğal olunmuş ərazilərində ümumilikdə 261 min hektar meşə ərazisi qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, işgaldan öncə həmin ərazilərdə 13 min 197 hektar qiymətli meşə sahəsi mövcud olub.

.jpg)












