Gündəm
Fransada atışma
Fransanın Marsel şəhərində silahlı şəxs küçəyə çıxaraq atəş açmağa başlayıb. Əraziyə dərhal xüsusi təyinatlı dəstələr cəlb olunub. Aparılan əməliyyat nəticəsində silahlı şəxs saxlanılıb.
Qeydlər ələ keçirildi: FETÖ-nun yeni planı!
Təşkilat üzvlərini motivasiya etmək üçün çox zaman yuxulardan istifadə edən FETÖ-nun Türkiyədə həbs edilmiş əlaltılarını aldatmaq yönündə daha bir planının üstü açılıb. FETÖ həbsdə olan üzvlərini nəzarətdə saxlamaq üçün Türkiyədə qəbul edilən qərardan istifadə edib. Məlumata görə, FETÖ həbsdəki məhbuslarına qanunvericiliyə uyğun vahid forma geyinmələrini tapşırıb və Avropa İnsan Haqları Məhkəməsindən külli miqdarda təzminat alacaqlarını bildirərək, onları sakitləşdirməyə çalışıb.
Türkiyədə məktəbdə partlayış - Yaralılar var
Türkiyənin İzmir vilayətində məktəblərin birində partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində beş nəfər yaralanıb. Yaralılar arasında məktəblilərin də olduğu deyilir. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal qiymətləndirilir.
"Tək olanda evə kişi çağırmaram" - Şəbnəm Tapdıq
"Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır bəyənir". Bu sözləri müğənni Şəbnəm Tapdıq "Səhər-səhər" verilişində deyib.
Bülent Ersoy bu görünüşü ilə dəniz qulduruna bənzədildi
Müğənni Bülent Ersoy Şimali Kiprdə konsert verib. İfaçı budəfəki obraz ilə diqqət çəkməyi bacarıb. Ersoyun səhnə libası “Karib dənizinin quldurları” filmindəki Deyvi Cons obrazına bənzədilib.
Deputat: "Növbədənkənar prezident seçkilərinin elan edilməsi Azərbaycanda demokratiyanın uğurudur"
Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri elan etməsi çox düzgün bir qərardır və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, 2016-cı il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənkənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi: “Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayiş etdirdi”.
Azərbaycanda 10 min uzunömürlü yaşayır - Çoxu qadınlardır
Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib. U.Həşimova bildirib ki, rəsmi statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına daha çox qadınlar düşüb. Belə ki, ölkədəki uzunömürlülərin 814 nəfəri qadın, 24-ü kişidır: “Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Qeyd etmək lazımdır ki, pasport yaşının verifikasiyası, yəni dəqiqləşdirilməsi aparılanda göstərilən rəqəmlər dəyişə bilər”.
ƏƏSMN-də regionların sosial-iqtisadi ikişafı ilə bağlı müşavirə keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.
Diplomatik korpusun nümayəndələri “Mənim günahım”mı izlədilər
Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar böyük dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərində ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.
Özbəkistanda Azərbaycanla bağlı yazı müsabiqəsi elan olunub
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə Özbəkistan mətbuatında Azərbaycanla bağlı “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilib.
İsrail afrikalı qaçqınların deportasiyasına başlayıb
İsrail afrikalı qaçqınların ölkəni tərk etmələri üçün 60 gün vaxt verib. Deportasiya İsrail dövləti tərəfindən rəsmi olaraq tələb olunub. Bildirilib ki, afrikalılar verilən müddət ərzində ölkəni tərk etməsələr, onlara həbs cəzası veriləcək. Afrikalı mühacirlərin çox hissəsi bildirib ki, Afrikaya qayıtmaqdansa, İsrail həbsxanasında cəza çəkməyi daha üstün hesab edirlər. Daha əvvəllər də, İsrail dövlətinin mühacirlərə qarşı mübarizə apardığı bildirilirdi.
Virtual məkanda Azərbaycanı daha yaxşı tanıdılacaq
Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Virtual Məkanda Azərbaycan” layihəsi baş tutacaq. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə bütün dünyaya çatdırmaqdır.
Güləşçilərimiz İranda mübarizə aparacaq
Fevralın 8-9-da İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaq.
Sahibkarların təklifləri dinlənilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilib.
Pekində Transxəzər Beynəlxalq Şərq-QərbTicarət və Nəqliyyat dəhlizinin rolu müzakirə olunub
Çində “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb. Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər.












.jpg)

