Pekində Transxəzər Beynəlxalq Şərq-QərbTicarət və Nəqliyyat dəhlizinin rolu müzakirə olunub

Çində “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb. Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər.

Çində "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb. Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər.

Konfrans çərçivəsində Çin Dəmir Yolları Körpüləri İnşaati Korporasiyası ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında Memorandum imzalanıb. Cavid Qurbanov azərbaycanlı sahibkarlarla da görüşüb. Görüşdə dəmir yolları sahəsində daşımaçılıqla bağlı məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31