Gündəm
İkinci qlobal toqquşma başlayır: ABŞ-Çin-Rusiya...
ABŞ prezidenti Donald Tramp Rusiya və Çini amerikalılar üçün təhlükəli düşmən elan etdi və Birləşmiş Ştatların yenilənmiş nüvə doktirinasına Rusiya Federasiyası tərəfindən nüvə zərbəsi təhlükəsinin qarşısının alınması məsələsi daxil edildi. Bu, böyük güclərin açıq müstəvidə toqquşması deməkdir.
Abşeron rayonuna təbii qazın verilməsində məhdudiyyət yarandı
Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 1230-dan etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb.
Azərbaycanlı məktəbli Türkiyədə qızıl medal qazanıb
Paytaxt məktəblisi cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə qalib gəlib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəşad Əhmədov çempionatda 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Rəşad Əhmədov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.
14 yaşlı qızın müəllimi tərəfindən qaçırılmasının ŞOK TƏFƏRRÜATI
Goranboy rayonunda 14 yaşlı qızın Oruc adlı rəqs müəllimi tərəfindən qaçırılmasının təfərrüatı məlum olub. “Səni axtarıram” verilişində səsləndirilən fikirlərə görə, 14 yaşlı qızı qaçıran müəllim onu zorlayıb. Qız Orucun onu rəqs dərsləri keçdiyi məkanın zirzəmisində saxladığını qeyd edib.
Eyni mənzil bir neçə nəfərə satıla bilməyəcək – FƏRMAN
Yeni tikililərdə mənzil alan zaman ortaya çıxan problemləri aradan qaldırmaq üçün dekabr ayında Mülki Məcəlləyə edilən dəyişikliklərin tətbiq edilməsi ilə Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyin məqsədi tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılmasıdır.
“Prezidentə islahatların davam etdirilməsi üçün səs verəcəyik”
“Ümumiyyətlə Azərbaycan Republikasında Konstitusiyaya edilən son dəyişikliklərdən sonra bu məsələyə qiymət vermək lazımdır. Konkret olaraq növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Yəni Azərbaycan qanunvericiliyinə, ən əsası da Konstitusiyaya tam uyğun bir addım atılıb”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb
Son günlər ölkədə meningit xəstəliyi səbəbi ilə ölüm faktları qeydə alınıb. Bu xəstəliyin şiddətli artımı müşahidə olunur. Xəstələr əsasən şiddətli qızdırmadan və dayanmayan başağrılarından şikayətlənirlər. Bu xəstəliyi asanlıqla qriplə qarışdırmaq mümkündür. Son zamanlar ölkəmizdə yayılmış kəskin respirator xəstəlik əslində müalicə olunmazsa, meningit kimi fəsadlara da gətirib çıxara bilir.
Beynəlxalq və regional oyunçular... - Türkiyənin düşmənlərinin 7 METODU
ABŞ Suriyadakı PYD/PKK terror təşkilatına İŞİD terror təşkilatı ilə mübarizə bəhanəsi ilə silah-sursat yardımı göstərməkdə davam edir. Vaşinqton Afrininin İŞİD-ə qarşı mübarizə üzrə koalisiyanın təsir dairəsinə daxil olmadığını bildirsə də, son olaraq ABŞ ordusuna aid zirehli texnikalardan ibarət konvoy Şimali İraq kürd muxtariyyətinin nəzarətində olan Fişhaburdan Qamışlıya keçib. İddiaya görə, konvoy Afrində Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı mübarizədə istifadə olunacaq. Lakin ABŞ PYD/PKK terrorçularının yeganə silah-sursat təchizatçısı deyil.
MSK Putinlə bağlı QƏRAR VERDİ
Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Vladimir Putinin prezident seçkilərində namizədliyini qeydiyyata alıb. Komissiyanın üzvü Aleksandr Klyukin deyib ki, quruma təqdim olunan 314 min 837 (ən azı 100 min etibarlı imza olmalı idi –red.) imzadan 232-si etibarsız hesab edilib.
Aprelin 9-u və 10-u qısa iş günü olacaq
Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.
“İranın iqtisadiyyatı harda varsa, siyasəti də ordadır”
Şimali Qafqazda, Dağıstanda kifayət qədər diqqət çəkən proseslər gedir. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Çeçenistanın ərəb dövlətləri ilə yaxınlaşması Rusiyanı narahat edirdi. Politoloqun fikrincə, Rusiya Ramzan Kadirovun islam dövlətlərinə olan marağını arxa plana keçirməyə çalışdı.
Politoloq: “Bu dəyişiklikdə pis niyyət axtarmağa ehtiyac yoxdur”
Prezident seçkisinin vaxtının dəyişməsində pis niyyət axtarmağa ehtiyac yoxdur. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, 2018-ci il ağır ildir. Politoloq vurğulayıb ki, bunu Azərbaycana aid etmək olmaz: “Yəni qlobal səviyyədə ağır ildir. Lakin İlham Əliyevin yenidən prezident seçiləcəyinə heç kimdə şübhə yoxdur”.
“Müxalifət bu məsələni spekulyasiya predmetinə çevirməsin”
“Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki?”. Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Sədr deyib ki, heç kəs düşünməsin ki, bu addım Konstitusiyaya ziddir: “Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır. Çünki ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi və əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik!”.
Kəmalə Musayeva: “Azərbaycan dili gözəl dildir və ona zərbə vurmaq lazım deyil”
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir. Olaylar.az bununla bağlı Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Musayevanın fikirlərini öyrəndi.
“Hesab edirəm ki, xalqımız Prezident İlham Əliyevə yenidən etimad göstərəcək”
“Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarımıza tamamilə uyğundur”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat vurğulayıb ki, ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və düzəlişlərdə prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə artırılıb və yeni seçkilərə bir neçə ay qalırdı.














