Abşeron rayonuna təbii qazın verilməsində məhdudiyyət yarandı

Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün  saat 1230-dan  etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb.

Müşviqabad qazpaylayıcı stansiyasinin çıxışında adı çəkilən stansiyadan qidalanan orta təzyiqli diametri 426 mm-lik yeraltı qaz kəmərində qaz sızması aşkar edilib. Yarana biləcək bədbəxt hadisələrin qarşısının alınması və qaz sızmasının ləğvi üçün aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün  saat 1230-dan  etibarən həmin kəmərdə qaz təchizatı dayandırılıb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Bildirilib ki, təbii qaz təchizatının dayanması nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri daxil olmaqla rayonun Qobu, Aşağı Güzdək, Baş Güzdək, Hökməli, Çiçək qəsəbələrinə, həmçinin, Atyalı adlanan yaşayış massivinə təbii qazın verilişində fasilə yaranıb. "Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin briqadası tərəfindən həmin ərazidə təmir-bərpa işləri aparır. Yaranmış məhdudiyyət saat 1600-dək aradan qaldırılaraq yuxarıda qeyd olunan yaşayış məntəqələrinin qaz təchizatı bərpa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31