MSK Putinlə bağlı QƏRAR VERDİ

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Vladimir Putinin prezident seçkilərində namizədliyini qeydiyyata alıb. Komissiyanın üzvü Aleksandr Klyukin deyib ki, quruma təqdim olunan 314 min 837 (ən azı 100 min etibarlı imza olmalı idi –red.) imzadan 232-si etibarsız hesab edilib.

Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Vladimir Putinin prezident seçkilərində namizədliyini qeydiyyata alıb. Komissiyanın üzvü Aleksandr Klyukin deyib ki, quruma təqdim olunan 314 min 837 (ən azı 100 min etibarlı imza olmalı idi -red.) imzadan 232-si etibarsız hesab edilib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Putin prezidentliyə namizədliyi qeydə alınmış üçüncü namizəd olub. Daha əvvəl Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və Rusiya Kommunist Partiyasından Pavel Qrudinin namizədliyi qeydə alınıb. Onların namizədliyi partiya tərəfindən irəli sürüldüyü üçün imzatoplama kampaniyasından azad edilmişdi. Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda MSK-dan bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31