Gündəm
Bu bələdiyyələrdə qanun pozuntuları aşkarlandı - Siyahı
Ötən Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1 979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib.
Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istədi
Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib. Hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən "Uiçerç Alport"un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.
Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır. BŞTİ-dən verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.
Silsilə oğurluqla məşğul olan şəxslər saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.
Geri qaytarılan qanun layihəsi yenidən müzakirəyə çıxarılır
Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılır. Məlumata görə, layihə parlamentin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasında müzakirə olunacaq.
Nazir müavini: “Azərbaycan yoxsulluq səviyyəsinin 5 faizdən aşağı olduğu 29 ölkədən biridir”
"Azərbaycan 2015-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında 192 ölkə ilə birgə yeni qlobal dayanaqlı inkişaf məqsədlərinə dair qəbul olunmuş qərara qoşulub. Azərbaycan bundan öncə də BMT-nin təşəbbüslərinə qoşulub.
9 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Bərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.
Əlilliyi olan şəxslər üçün quraşdırılan panduslar yararsız hala salınır
Bakı Nəqliyyat Agentliyinin əlilliyi olan şəxslər üçün quraşdırdığı panduslar əqli qüsurlu varlıqlar tərəfindən yararsız hala salınır. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.
“Azərsu”nun iki idarəsi köçürüldü
“Azərsu” ASC-nin Yasamal və Nəsimi rayon sukanal idarələrinin ünvanı dəyişib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hazırda bu idarələr Bakı şəhəri Moskva prospekti, 73 ünvanında fəaliyyət göstərir. Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər.
Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar milli maraqlara xidmət edəcək
Azərbaycan Prezidentinin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı milli maraqlara xidmət edəcək. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib.
Əsəddən Türkiyəyə qarşı addım: Afrin təhlükəsi...
Əsəd rejiminin komandanlarından biri Suriya ordusunun Hələb və İdlibə yeni hava hücumundan müdafiə sistemləri və zenit raket kompleksləri yerləşdirdiyini açıqlayıb. Bu barədə “Röyter” məlumat yayıb. Agentliyə bu haqda danışan hərbi mənbə bildirib ki, bu addım hər kəsə verilən bir mesajdır.
İtən alpinistlərlə bağlı QƏRARGAHDAN AÇIQLAMA
Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib. Bu barədə Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.
Biz bilirdik: nəyi, nə vaxt, necə... - Novruzov açıqladı
Qaradağ stansiyasında yeni yoldəyişən quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb.














