Silsilə oğurluqla məşğul olan şəxslər saxlanılıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.
6 Fevral 2018 12:50 KriminalDaxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayından cari il yanvarın 19-dək olan müddətdə 8 evdən, 1 sexdən inşaat materialları, təmir-tikinti alətləri, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev saxlanılıb. Ötən ilin noyabr ayından cari il yanvarın 24-dək olan müddətdə 10-cu mikrorayondakı evlərin birinin liftinin əyləc dolağını, 1 mağazadan və 1 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Xanbalayev Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 11-dək olan müddətdə 3 avtomobildən və 4 evdən pul, məişət əşyaları, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Münasib Əhmədov saxlanılıb. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin aprelində və cari il yanvarın 21-də rayon ərazisindəki 2 evdən pul, mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Örənqala qəsəbə sakinləri Yaşar Hacıyev və Nizami Nağıyev saxlanılıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb.