Əlilliyi olan şəxslər üçün quraşdırılan panduslar yararsız hala salınır

Bakı Nəqliyyat Agentliyinin əlilliyi olan şəxslər üçün quraşdırdığı panduslar əqli qüsurlu varlıqlar tərəfindən yararsız hala salınır. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.

Bakı Nəqliyyat Agentliyinin əlilliyi olan şəxslər üçün quraşdırdığı panduslar əqli qüsurlu varlıqlar tərəfindən yararsız hala salınır. "OLAYLAR" xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib. O, bildirib ki, bir aya yaxındır ki, pandusların quraşdırılmasına başlanılıb. Artıq əqli qüsurlu insanların səyi nəticəsində bəzilərinin üzlükləri sınıb: "Hər birimiz cəmiyyətimizə qarşı açıq hörmətsizlik edən belə insanlara qarşı çıxmalıyıq, onları ictimai qınağa cəlb edib bu cür əməllərdən çəkindirməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31