Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar milli maraqlara xidmət edəcək

Azərbaycan Prezidentinin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı milli maraqlara xidmət edəcək. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib.

Azərbaycan Prezidentinin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı milli maraqlara xidmət edəcək. "OLAYLAR" xəbər verir ki, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev səsləndirib. O, bildirib ki, bu il bir çox vacib məqamlarla yadda qalacaq: "Prezident tərəfindən Cümhuriyyət ilinin elan edilməsi bu prosesin başlanğıcı idi. Bu Azərbaycan tarixində qızıl hərflərlə yazılan dönəmdir. Seçkilərin 11 aprel tarixinə təyin edilməsi isə bu prosesləri daha da sürətləndirmək məqsədi daşıyır. Buna qarşı çıxanlar, şou düzəldənlər isə erməni lobbisi tərəfindən maliyyələşən qruplaşmalardir. Hesab edirəm, əvvəlki illərə nisbətən bu il daha ayıq və çevik olmalıyıq. Heç bir vəchlə dövlətimizin sütununu dağıtmaq istəyənlərə rəvac verməməliyik. Vətəndaş cəmiyyəti olaraq bütün prosesləri diqqətlə nəzərdə saxlamalıyıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31