9 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Bərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.
6 Fevral 2018 12:44 SosialBərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolu yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və və əsasının genişləndirilməsi işləri aparılır. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.