Gündəm

Ərəb general Bakıya niyə gəlir?

6 Fevral 2018 12:21

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi  nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcəkdir.

Cəbhədən son xəbər

6 Fevral 2018 12:16

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.

Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb

6 Fevral 2018 12:13

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlınınİraqda öldürüldüyü məlum olub. Bu barədə  İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.

Nazirlik: “Prezident seçkiləri günü iş günü hesab edilməyəcək”

6 Fevral 2018 12:11

Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir”.

Zəhərlənmələrin STATİSTİKASI: Çoxu qadınlar olur

6 Fevral 2018 12:09

Ötən il Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan insanarın sayı 2016-cı illə müqayisədə azalıb. Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda 2234, 2017-ci ildə 2016 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb. Kimyəvi zəhərlənmələr arasında birinci yeri dərmanlardan zəhərlənmələr tutub. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 35,4 faizi dərmandan zəhərlənib. Kimyəvi zəhərlənmələr arasında məişət zəhərlənmələri, yəni intihar xarakterli olmayan dəm qazı zəhərlənmələri, ilan sancmaları, daha çoxluq təşkil edir.

Yunus Oğuzun özü və sözü

6 Fevral 2018 12:05

Mən yazar dostum Yunus Oğuzu uzun illərdir ki, tanıyıram. Bu yaxınlarda bir tədbirdə dediyim kimi, 30 ildir, birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən ictima-siyasi məsələlərə, roman janrına, onun təhkiyə formasına münasibətdə fikir ayrılığımız olsa da, vətən sevgisində sabitik. Onu da deyim ki, Yunus Oğuz bir türkçü və millətçi kimi sabit-qədəmdir. Mən Azərbaycan bayrağı haqqında onun danışarkən necə kövrəldiyinin şahidiyəm. Yunus Oğuz hansı tədbirdə olur-olsun, içdəmi, dışdamı, öz türkçü və milli kimliyini daim qabardan və bundan qətiyyən çəkinməyən insandır. Bu yazımda da təkcə onun yaradıcılığından yox, həm də şəxsi dəyərlərindən söz açacam...

İsveçdə avtodayanacaqda PARTLAYIŞ

6 Fevral 2018 11:55

İsveçin cənubundakı Malmö şəhərində avtomobil dayanacağında partlayış baş verib.  Hadisə nəticəsində xəsarət alan olmayıb. Hələlik partlayışın səbəbi barədə rəsmi məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur

6 Fevral 2018 11:53

Los-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Cinayət Məcəlləsinin 32 maddəsi ilə ittiham olunur. 34 yaşlı A.Qasparyanın təqsirli bilindiyi epizodlardan biri 37 yaşlı Adan Koreanın qətli ilə bağlıdır.  İttihama görə, o, avtomobillə hərəkət edən A.Koreaya odlu silahdan atəş açaraq onu qətlə yetirib. Artyom Qasparyan adamları oğurlayaraq 11 qətl törətməkdə, 6 qarətdə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz odlu silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.

Qış Olimpiya oyunlarının keçiriləcəyi şəhərdə virus yayılıb

6 Fevral 2018 11:47

Cənubi Koreyanın Qış Olimpiya oyunlarının keçiriləcəyi Pxençxan şəhərində əhali arasında virus yayılıb.  36 nəfərə yaxın adam novovirusa yoluxub. Son dörd gündə oyunlarda mühafizə xidməti göstərəcək bir neçə nəfər də qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərdə də novovirus aşkarlanıb. Məlum olub ki, əhali kütləvi virusa içməli sudan yoluxub.

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

6 Fevral 2018 11:46

Prezident İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Mersi Tembonu qəbul edib.

Pentaqon iki variantdan birini SEÇDİ

6 Fevral 2018 11:36

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”.  Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon deyib. “Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Bu, diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə birlikdə çalışırıq, ancaq “Zeytin budağı” əməliyyatı İŞİD-ə qarşı mübarizədə qazandıqlarımızın bir hissəsinin itirilməsinə səbəb ola bilər”, - o bildirib.

"Pərviz, axı niyə belə edirsən? Məni evdə qohumlarım izləyir" - Verilişdə QALMAQAL- VİDEO

6 Fevral 2018 11:26

"Sayqa ilə bu axşam" verilişində növbəti dəfə qalmaqallı hadisə yaşanıb. ARB televiziyasında yayımlanan verilişin qonaqlarından biri olan Pərviz Bülbülə digər qonaq rəqqasə Xuramana qarşı hörmətsizlik edib. Belə ki, meyxanaçı xanımın rəqsi zamanı üzünü bağlayıb. Bu da öz növbəsində rəqqasə tərəfindən birmənalı qarşılanmayıb.

PYD dəhşəti: Snayperlər vurur, cəsədləri itlər yeyir...

6 Fevral 2018 11:19

Suriyadan terrorçuların zülmünə görə qaçmağa məcbur olduq. Bu sözləri Suriyada PYD zülmündən qaçan jurnalist Mudar Hamad Əsəd deyib. “Çətin səfər zamanı mina partladıqdan sonra qardaşımın yoldaşı və 2 uşağını itirdik.