Eyni mənzil bir neçə nəfərə satıla bilməyəcək – FƏRMAN

Yeni tikililərdə mənzil alan zaman ortaya çıxan problemləri aradan qaldırmaq üçün dekabr ayında Mülki Məcəlləyə edilən dəyişikliklərin tətbiq edilməsi ilə Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyin məqsədi tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni binalarda mənzilllərin ödənişinin həyata keçirilməsi və sənədləşməsi ilə bağlı yeni qaydalar müəyyən edildi

Yeni tikililərdə mənzil alan zaman ortaya çıxan problemləri aradan qaldırmaq üçün dekabr ayında Mülki Məcəlləyə edilən dəyişikliklərin tətbiq edilməsi ilə Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyin məqsədi tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməyəcək. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:

torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi;

tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra-müqavilə məbləğinin 10 faizi;

dam səthlərinin və navalçalarının (novların) qurulması işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 8 faizi;

istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi;

su xətlərinin çəkilməsi başa çatdıqdan sonra-müqavilə məbləğinin 3 faizi;

elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra-mqavilə məbləğinin 3 faizi;

pəncələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi;

daxili suvaq işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 6 faizi;

birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra-müqavilə məbləğinin 3 faizi;

fasad işləri başa çatdıqdan sonra-müqavilə məbləğinin 10 faizi;

su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra-müqavilə məbləğinin 9 faizi;

bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra-müqavilə məbləğinin 5 faizi;

tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Hüquqşünas ekspert Əkrəm Həsənov Mülki Məcəlləyə edilən dəyişiklikləri mənzilə mülkiyyət hüququ sahəsində inqilab heaab edir. O qeyd edir ki, tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə ilə bağlı 2 əsas problem mövcuddur. Bunlardan biri tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satması, digəri isə tikinti şirkətlərinin mənzillərə görə ödənişi alsa da, tikintini başa çatdırmamamsı, yaxud prosesin çox uzanmasıdır. Ekspertin fikrincə, Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq.

"Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq ("kupça", yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.

Bundan başqa, tikinti şirkəti isə mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanın tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Beləliklə, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcək. Bu dəyişikliklər əsasən cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak" institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir".

Ə.Həsənov əlavə edir ki, o, dəflərlə müsahibələrimdə bu barədə fikirlərini səsləndirmiş, təkliflərini verib. Yekunda da qanuna edilən dəyişikliklər məhz bu formada oldu. Düzdür, onların texniki təkmilliyini hələlik tam təhlil edə bilməmişəm, amma ümumən məqbuldur. Ümid edirəm ki, dəyişiklilərin icrası da yüksək səviyyədə həyata keçiriləcək. Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatımız üçün çox müsbət nəticələr verəcək" - deyə Ə.Həsənov bildirib.

Qeyd edək ki, Məcəllədə mənzilin sənədləşdirilməsi ilə bağlı da dəyişikliklər yer alıb. "Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi" ilə bağlı bəndə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə "Notariat haqqında" qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.

144.3-cü bəndə görə isə notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

Mülki Məcəllənin 144.5-cü bəndinin yeni redaksiyasına əsasən isə, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. "Bizim Yol"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31