“Hesab edirəm ki, xalqımız Prezident İlham Əliyevə yenidən etimad göstərəcək”

“Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarımıza tamamilə uyğundur”. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat vurğulayıb ki, ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və düzəlişlərdə prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə artırılıb və yeni seçkilərə bir neçə ay qalırdı.

"Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarımıza tamamilə uyğundur". Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat vurğulayıb ki, ümumxalq referendumu yolu ilə əsas qanunumuza edilmiş əlavə və düzəlişlərdə prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə artırılıb və yeni seçkilərə bir neçə ay qalırdı.

M. Qasımlı hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar verilərkən ilk növbədə ana qanunumuzun tələbləri əsas götürülüb: "Digər tərəfdən, bu il ölkəmizdə bir çox tarixi əhəmiyyətli, beynəlxalq səviyyəli toplantılar keçiriləcək: "Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, ordumuzun qurulmasının 100 illiyi və s. Bütün bunları, o cümlədən, prezident seçkilərini xalqımızın özünə layiq şəkildə keçirəcəyinə inanıram". Deputat hesab edir ki, xalqımız tam demokratik, azad, şəffaf, ədalətli və bərabər seçkilərdə Prezident İlham Əliyevə yenidən etimad göstərəcək. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31