“Müxalifət bu məsələni spekulyasiya predmetinə çevirməsin”
“Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki?”. Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Sədr deyib ki, heç kəs düşünməsin ki, bu addım Konstitusiyaya ziddir: “Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır. Çünki ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi və əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik!”.
6 Fevral 2018 13:08 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması bəzilərini niyə narahat edir ki?". Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Sədr deyib ki, heç kəs düşünməsin ki, bu addım Konstitusiyaya ziddir: "Əksinə, tamamilə konstitusiyaya uyğun olan qərardır. Çünki ölkədə referendum keçiriləndən sonra yeni prezident seçkilərinin keçirilməsi gözlənilən idi və əksər siyasi qüvvələr növbədənkənar prezident seçkilərinin keçirilməsini proqnozlaşdırırdılar. Şəxsən mən özüm də Prezidentin belə bir qərar verəcəyini gözləyirdim. Biz DADP olaraq bu seçkilərə tam hazırıq və İlham Əliyevin bu addımını dəstəkləyirik!".
Ə. Hüseynov sərəncamı şərh edərkən deyib ki, burda hazırlıqsız yaxalanmaqdan heç bir söhbət gedə bilməz: "Yaxşı olar ki, müxalifət bu məsələni spekulyasiya predmetinə çevirməsin və gələcək uğursuzluqlarını seçkilərin vaxtının dəyişdirilməsi ilə pərdələyib, bəri başdan özünü sığortalamağa çalışmasın. Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri istər hüquqi, istərsə də beynəlxalq siyasi təcrübə baxımından tam əsaslıdır". Azadinform.az