İsrail afrikalı qaçqınların deportasiyasına başlayıb

İsrail afrikalı qaçqınların ölkəni tərk etmələri üçün 60 gün vaxt verib.  Deportasiya İsrail dövləti tərəfindən rəsmi olaraq tələb olunub. Bildirilib ki, afrikalılar verilən müddət ərzində ölkəni tərk etməsələr, onlara həbs cəzası veriləcək. Afrikalı mühacirlərin çox hissəsi bildirib ki, Afrikaya qayıtmaqdansa, İsrail həbsxanasında cəza çəkməyi daha üstün hesab edirlər. Daha əvvəllər də, İsrail dövlətinin mühacirlərə qarşı mübarizə apardığı bildirilirdi.

Xatırladaq ki, 2012-ci ildə İsrail dövlətinin parlamenti-Knesset ölkəyə qeyri-qanuni yolla daxil olan mühacirlərə 3 il həbs verilməsi haqqında qərar qəbul edib. Bu qərar isə ölkədəki "sol" partiyaların narazılığına səbəb olub. Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31