"Tək olanda evə kişi çağırmaram" - Şəbnəm Tapdıq
"Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır bəyənir". Bu sözləri müğənni Şəbnəm Tapdıq "Səhər-səhər" verilişində deyib.
6 Fevral 2018 14:08 Mədəniyyət"Mən yemək bişirə bilmirəmsə, mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır bəyənir". Bu sözləri müğənni Şəbnəm Tapdıq "Səhər-səhər" verilişində deyib. Sənətçi qabiliyyətindən danışıb. Daha sonra aparıcı Elgiz Əkbərin "Məni dəvət et bişirdiklərindən yeyim" sözünə Şəbnəm etiraz edib. o bildirib ki, heç vaxt tək kişini evinə buraxmaz: "Mən səni tək necə evə çağırım? O mənim xarakterimə uyğun deyil ki, mən evdə oturum tək və evə bir kişi dəvət edim. Mümkün deyil bu. Olmaz... Ancaq buradakı qızları götür gəl". Axşam.az