Azərbaycan Hökuməti ilə BQXK arasında saziş imzalanıb
Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında müvafiq sənədin imzalanması mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Hökuməti adından Sazişin müddətinin uzadılmasına dair Protokolu ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar.
6 Fevral 2018 15:07 SosialƏdliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında müvafiq sənədin imzalanması mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, Azərbaycan Hökuməti adından Sazişin müddətinin uzadılmasına dair Protokolu ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar. Mərasimdə Azərbaycan və BQXK arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, tədbirin Komitənin təsis olunmasının 155 illiyinə təsadüf etdiyi qeyd olunaraq Sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətə əlavə təkan verdiyi vurğulanıb. Nazir dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlərdən bəhs edib. Bildirib ki, insanların azadlıq hüququnun qorunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə cəza-icra qanunvericiliyi xeyli humanistləşdirilib, probasiya nəzarəti təsbit olunub, cəzaların icrası zamanı elektron qolbaqların tətbiqi üzrə tədbirlər görülüb. Həmçinin Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərlə bir çox cinayətlərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Nazir ölkə rəhbərinin siyasi iradəsinə əsasən Azərbaycanda işgəncələrə qarşı qəti dözümsüzlük nümayiş etdirildiyini, 10 fevral tarixli Sərəncamın həm də cəzaçəkmə yerlərində pis rəftarın növü olan sıxlığın qarşısının alınmasına xidmət etdiyini vurğulayaraq, bu sahədə yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan monitorinqlərin əhəmiyyətini qeyd edib.