Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq
“Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir”. “Olaylar” xəbər verir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var: “Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”.
6 Fevral 2018 15:31 Sosial"Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir". "Olaylar" xəbər verir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli "Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri" adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var: "Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq". Müşfiq Ələsgərli mediada işıqlandırılan bəzi mövzular, o cümlədən intiharlar barəsində də danışıb: "Azərbaycan mediasında intihar məsələlərinin işıqlanmdırılması dəfələrlə müzakirə olunub. Lakin jurnalistika elə fəaliyyətdir ki, bu həm qanunvericiliklə, həm də peşə davranış kodeksi ilə tənzimlənir" O qeyd edib ki, intihar, kriminal hadisələrinin işıqlandırılması zamanı detallara varmaq lazım deyil: "Məsələn, intihar hansı vasitə ilə olub, kriminal hadisə necə baş verib. Bunlar peşə davranış kodekslərində əksini tapıb".