Gündəm
Ananın sağlamlığı qızına necə təsir edir?
Hər bir qadın gələcəkdə mümkün olan problemlərdən qabaqcadan xəbərdar ola bilər və hətta bu problemlərin qarşısını ala bilər.
Diqqət: Damarları təmizləyən UNİKAL VASİTƏ!
Sarımsaq damarları xolesteroldan təmizləyən ən əffektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölklərdə aparılan elmi araşdırmalar təsdiq edib. Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər. Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarlar xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.
Ötən il rekord sayda boşluq qeydə alınıb
2017-ci ildə rekord sayda boşluq aşkarlanıb. Ötən il ərzində ümumilikdə təhlükəsizlik üzrə ekspertlər tərəfindən 20 832 problem barədə informasiya dərc edilib. Bu barədə “Risk Based Security” şirkətinin hesabatında deyilir.
Hava vasitəsilə enerji toplayan batareya yaradılıb
Massaçusets Texnologiya İnstitutunda çalışan alimlərin ixtirası akkumulyator və kənar enerji mənbələrindən istifadəyə son qoya bilər.
Gələcək “iPhone” smartfonları ətraf mühiti skan edəcək
"Apple" şirkəti 2019-cu ildə "iPhone" smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. Belə ki, gələcək "Apple" smartfonlarının ətraf mühitin üçölçülü skan edilməsi funksiyası ilə təchiz edilməsi planlaşdırılır.
“Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən proqramlar bəlli olub
"Avast" antivirusunun yaradıcıları "Android" mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar üzrə iki reytinq tərtib ediblər. Məhz bu mobil proqramlar həm fon rejimində, həm də aktiv istifadə zamanı daha çox şarj işlədirlər.
Yeni “Samsung” dronu gözlə idarə ediləcək
“Samsung” şirkəti yeni pilotsuz uçan aparatı qeydiyyatdan keçirib. Qurğunun çertyoju və funksionallığının təsviri “Let’s go digital” saytında yerləşdirilib. Saytın məlumatına görə, dronu göz vasitəsilə idarə etmək mümkün olacaq.
“Windows” sistemində təhlükəli boşluq aşkar edilib
“Google”un proqramçıları “Project Zero” layihəsi çərçivəsində “Microsoft Edge” brauzerində boşluq aşkar ediblər.
Qvardiola baş məşqçiyə hücum etdi
İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan"a 0:1 hesabı ilə uduzan "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola rəqib həmkarı Pol Kuka hücum edib.
Qvardiola ilə hollandların münasibəti pis olub - Siyasətə görə
"Barselona"nın sabiq futbolçusu Emmanuel Peti komandada çıxış etdiyi dövrü xatırlayıb. Peti həmin vaxt "Barsa"nın kapitanı olan Qvardiola barədə də danışıb. O, Pepin komandanın holland futbolçuları ilə münasibətinin yaxşı olmadığını da vurğulayıb: "Paltardəyişmə otağında Qvardiola ilə hollandiyalı futbolçular arasında fikir ayrılığı hökm sürürdü. Əsasən də siyasətə görə.
Rafael Ağayev: "Yapondan qisasımı onun vətənində alacağam"
Dubayda keçirilən Premyer Liqa yarışında çempion olmuş karateçi Rafael Ağayevin iştirakı ilə mətbuat konfransı keçirilib. Beş qat dünya çempionumuz əvvəlcə yarış haqda fikirlərini bildirib: "Bu turnirdə yeganə çətin görüşüm iranlı idmançı ilə oldu. Onunla dünya çempionatının finalında da qarşılaşmışdım. 2018-ci ilə yaxşı başlamışam. Artıq iki yarışdan iki medalla qayıtmışam. Azərbaycan üçün bundan sonra da əlimdən gələni edəcəyəm ki, yenə bayrağımızı yüksəldəm".
“Bavariya” “Beşiktaş”a meydan oxudu
Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün baş tutacaq "Bavariya" - "Beşiktaş" matçı öncəsi ev sahibləri maraqlı addımla rəqibin gözünü qorxutmağa çalışıblar. Münhenlilər avrokubokdakı nəticələri əks etdirən fotonu paylaşaraq, Almaniyaya iddialı açıqlamalarla yollanan türkiyəlilərə meydan oxuyub.
Çin Beylə görə 1 milyon funt ödəməyə hazırdır
Martın 22-də Uels və Çin millisi arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulur. Goal.az xəbər verir ki, Uelslin heyətində Qaret Beyl meydana çıxsa, Çin Futbol Federasiyası 1 milyon funt ödəməli olacaq.
Soyuducudakı pis qoxuları aradan qaldıran ÜSULLAR
Soyuducu ev əşyaları arasında bizim üçün ən əhəmiyyətli vasitələrdən biridir. Amma onu təmiz saxlamaq üçün müəyyən məqamlara diqqət etmək lazımdır. Çünki meyvə və tərəvəzlər müəyyən müddət soyuducuda qaldıqdan sonra orada xoşagəlməz qoxuların yaranmasına səbəb olur. Təbii ki, mütəmadi şəkildə soyuducunu təmizlədikdə həmin qoxulardan qurtulmaq mümkündür. Amma hər zaman da soyuducunu təmizləməyə vaxt olmur. Ailem.az-ın verəcəyi bəzi ip ucları ilə siz bu narahatçılıqlardan qurtulacaqsınız.
Nəsirəddin Tusinin həyat və yaradıcılığına həsr olunan elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin həyat və yaradıcılığına həsr olunan elmi konfrans keçirilib.














