Qvardiola ilə hollandların münasibəti pis olub - Siyasətə görə
"Barselona"nın sabiq futbolçusu Emmanuel Peti komandada çıxış etdiyi dövrü xatırlayıb. Peti həmin vaxt "Barsa"nın kapitanı olan Qvardiola barədə də danışıb. O, Pepin komandanın holland futbolçuları ilə münasibətinin yaxşı olmadığını da vurğulayıb: "Paltardəyişmə otağında Qvardiola ilə hollandiyalı futbolçular arasında fikir ayrılığı hökm sürürdü. Əsasən də siyasətə görə.
20 Fevral 2018 18:55 İdman"Barselona"nın sabiq futbolçusu Emmanuel Peti komandada çıxış etdiyi dövrü xatırlayıb. Peti həmin vaxt "Barsa"nın kapitanı olan Qvardiola barədə də danışıb. O, Pepin komandanın holland futbolçuları ilə münasibətinin yaxşı olmadığını da vurğulayıb: "Paltardəyişmə otağında Qvardiola ilə hollandiyalı futbolçular arasında fikir ayrılığı hökm sürürdü. Əsasən də siyasətə görə.
Biz olduqca istedadlı idik. Ancaq komandanın onurğası çox qoca idi. Meydandan kənarda da xeyli problemlərimiz olurdu. Mən "Barselona"da 30-a qədər oyun keçirdim və həmin mövsüm unudulmazdı". Peti "Barsa"da 2000/01 mövsümündə çıxış edib. Həmin vaxt komandada 6 holland futbolçu oynayıb. Komanda.az