Gənclərin keyfiyyətli təhsil alması xüsusi əhəmiyyət daşıyır- ÖZƏL
15:19 Sosial"Təhsilə göstərilən diqqət və qayğı hər bir cəmiyyətin gələcəyinə verilən ən böyük və ən dəyərli töhfələrdəndir. Təhsil yalnız bilik əldə etmək deyil, eyni zamanda savadlı, məsuliyyətli və vətənpərvər nəsil yetişdirmək baxımından mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "İnanıram ki, ən müxtəlif xeyriyyə təşəbbüsləri uşaqların və gənclərin təhsilinə və inkişafına dəstək olmaqla yanaşı, cəmiyyətimizdə həmrəylik, birlik və sosial məsuliyyət hissinin daha da güclənməsinə mühüm töhfə verir.
Uşaqların və gənclərin keyfiyyətli təhsil alması, onların öz potensiallarını reallaşdırmaları üçün yaradılan imkanlar Azərbaycanın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Hər birimiz öz imkanlarımız daxilində təhsilə, elmə, gənclərin inkişafına və onların gələcəyinə dəstək göstərməliyik. Belə təşəbbüslər həm də cəmiyyətimizin xeyirxahlıq və yardımlaşma ənənələrinin yaşadılmasına, ehtiyacı olan ailələrə və uşaqlara dəstək göstərilməsinə xidmət edir".