Gündəm

Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

20 Fevral 2018 18:33

Pensilvaniya Universitetinə aid saxta diplom düzəldib, 8 il boyunca insanlara özünü nitq pozğunluğunu müalicə edən bir mütəxəssis kimi təqdim edən şəxsin fırıldağı üzə çıxıb.

8 yaşında itən azərbaycanlı 12 ildən sonra tapıldı

20 Fevral 2018 18:29

Tehranda itkin düşən 8 yaşlı Salar Salmani 12 ildən sonra ailəsinə qovuşub.  2006-cu ildə Meşkinşəhrin Əhmədabad kəndində yaşayan ailə Tehrana yaşayan qohumlarının evinə qonaq gedib və onlarla birlikdə olan 8 yaşlı oğlanları Salar Salmani itkin düşüb.

Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü - YENİLƏNDİ

20 Fevral 2018 18:25

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.  Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

“İstəmirəm ki, evdə ögey ata olsun” - Nura Suri - VİDEO

20 Fevral 2018 18:22

ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Nura Suri olub. Müğənni şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə aydınlıq gətirib: "Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil". Nura oğlunun atası ilə yaşaya bilməmə səbəbini açıqlayıb: "Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim. Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi.

Xalq artistindən SƏRT SÖZLƏR: “Anarın və Çingiz Abdullayevin...”

20 Fevral 2018 18:18

“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyəsizliyə qarşı ictimai qınağın olmaması durur. Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din və dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı?"

Azərbaycan-Makedoniya oyununun vaxtı dəqiqləşdi

20 Fevral 2018 18:12

Azərbaycan-Makedoniya oyununun vaxtı dəqiqləşib. Trend AFFA-ya istinadən məlumat verir ki, Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun vaxtı dəqiqləşib.

Əfv Komissiyasının bügünkü iclasında daha 100-ə yaxın müraciətə baxıldı

20 Fevral 2018 18:10

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Məlumata görə, bu gün keçirilən iclasda komissiyaya daxil olan 100-ə yaxın müraciətə baxılıb.

Türkiyəni dəhşətə gətirən caniyə 66 il həbs istənildi

20 Fevral 2018 18:08

Adana Prokurorluğu Türkiyəni dəhşətə salan cinayət faktı ilə bağlı məhkəmə iddianaməsini təqdim edib. İddianamədə məhkəmədən Adanada azyaşlı qızcığaza qarşı cinsi istismarda şübhəli bilinən Sədat Kəsər adlı şəxsə iki ayrı ittiham üzrə 66 il həbs tələb olunub.

Türkiyənin ZƏFƏRİ - Kilis tamamilə terrorçulardan təmizləndi

20 Fevral 2018 18:07

Türkiyənin Kilis vilayətinin Afrin rayonu ilə sərhədi tamamilə terrorçulardan təmizlənib. Hərbi mənbələr Kilis sərhədi üçün hər hansı təhdidin qalmadığını bildirir.

Türkiyənin narahatlığı və kürdlərin arzusu… - Lavrov

20 Fevral 2018 17:59

Türkiyənin təhlükəsizliklə bağlı maraqları Dəməşqlə birbaşa dialoq yolu ilə əldə edilə bilər. Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib. “Türkiyənin Suriyadakı vəziyyətlə bağlı narahatlığını və kürdlərin arzusunu anlayırıq.

Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini ilə görüşüb

20 Fevral 2018 17:56

Fevralın 20-də YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə partiyanın mənzil qərargahında görüşüb.  Partiyadan “OLAYLAR”-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək

20 Fevral 2018 17:55

Bakı-yük- Keşlə mənzilinin tək yolunda yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21.02.2018-ci ildən 06.03.2018-ci ilədək (daxil olmaqla) Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir. 

Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

20 Fevral 2018 17:47

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikini şərh edib. O,  bildirib ki, Ermənistan prezidentinin sözügedən təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanların terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsi Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut edir: "Terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir.

Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 6-ya çatıb

20 Fevral 2018 17:45

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada ölüb. Bu barədə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimovməlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1969-ci il təvəllüdlü Quliyeva Sevinc Şiraslan qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda 3 nəfərinin xəstəxanada olduğunu, onların da vəziyyətinin ağır olduğunu söyləyib.

İlk dərslər Xocalı soyqırımına həsr ediləcək

20 Fevral 2018 17:43

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Bu barədə Təhsil İdarəsindən məlumat verilib.