Türkiyəni dəhşətə gətirən caniyə 66 il həbs istənildi
Adana Prokurorluğu Türkiyəni dəhşətə salan cinayət faktı ilə bağlı məhkəmə iddianaməsini təqdim edib. İddianamədə məhkəmədən Adanada azyaşlı qızcığaza qarşı cinsi istismarda şübhəli bilinən Sədat Kəsər adlı şəxsə iki ayrı ittiham üzrə 66 il həbs tələb olunub.
20 Fevral 2018 18:08 DünyaAdana Prokurorluğu Türkiyəni dəhşətə salan cinayət faktı ilə bağlı məhkəmə iddianaməsini təqdim edib. İddianamədə məhkəmədən Adanada azyaşlı qızcığaza qarşı cinsi istismarda şübhəli bilinən Sədat Kəsər adlı şəxsə iki ayrı ittiham üzrə 66 il həbs tələb olunub.
Məlumata görə, Türkiyə ictimaiyyətini sarsıdan cinayət faktını törədən cinayətkara "Uşağın cinsi istismarı" maddəsi ilə 45 il, "Təhdid və ya hiylə istifadə edərək azyaşlını azadlıqdan məhrum etmə" maddəsi ilə isə 21 il həbs tələb edilib.
Qeyd edək ki, Adanada 4.5 yaşlı qızı zorlamaqda ittiham olunan Sədat Kəsərə Cinayət Məcəlləsinin bu maddəsi ilə nəzərdə tutulan ən ağır cəza istənilib. Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül isə bu cinayətkarların həm də kimyəvi vasitələrdən istifadə ilə xədim etdirilə biləcəyi barədə qanunda dəyişikliyin mümkünlüyünü dilə gətirib. Axar.az