Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü - YENİLƏNDİ

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.  Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmnə Mərkəzindən məlumat verilib. Bildirilib ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən verilən məlumata görə, yanğın söndürmək üçün briqadalar hadisə yerindədir: "Yanğının söndürülməsi istiqamətində iş aparılır. Yanğın nəticəsində xəsarət alanların olub-olmaması və yanğının baş vermə səbəbi ilə bağlı hələ ki, heç bir məlumat yoxdur". Publika.az

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.  Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31