“Bavariya” “Beşiktaş”a meydan oxudu
Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün baş tutacaq "Bavariya" - "Beşiktaş" matçı öncəsi ev sahibləri maraqlı addımla rəqibin gözünü qorxutmağa çalışıblar. Münhenlilər avrokubokdakı nəticələri əks etdirən fotonu paylaşaraq, Almaniyaya iddialı açıqlamalarla yollanan türkiyəlilərə meydan oxuyub.
20 Fevral 2018 18:45 İdmanÇempionlar Liqasının 1/8 final mərhələsində bu gün baş tutacaq "Bavariya" - "Beşiktaş" matçı öncəsi ev sahibləri maraqlı addımla rəqibin gözünü qorxutmağa çalışıblar. Münhenlilər avrokubokdakı nəticələri əks etdirən fotonu paylaşaraq, Almaniyaya iddialı açıqlamalarla yollanan türkiyəlilərə meydan oxuyub.
Belə ki, klubun rəsmi tvitter səhifəsində paylaşılan şəkildə "Bavariya"nın avrokubok çərçivəsində "Allianz Arena"da keçirdiyi son 20 matçın nəticəsi qeyd olunub. Almanlar bu qarşılaşmaların 19-da əldə edilən qalibiyyət və böyük hesablarla hansı gücə malik olduqlarını göstərmək istəyiblər.
Qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də start götürəcək "Bavariya" - "Beşiktaş" görüşünü rumıniyalı hakim Ovidiu Hateqan idarə edəcək. Apasport.az