Gündəm

İranda təyyarə qəzası qurbanlarının 45 nəfərinin cəsədi tapıldı

21 Fevral 2018 09:09

İran xilasediciləri qəzaya uğramış "ATR-72" təyyarəsinin qurbanlarının 45-inin cəsədini aşkarlayıblar. Bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib. "Həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib", - deyə o bildirib.

Orta məktəbdə silah səsləri eşidildi

21 Fevral 2018 09:08

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib. Bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb. Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

Jurnalistlər üçün müsabiqə elan edildi: “Vərəm haqqında ən yaxşı məqalə”

20 Fevral 2018 23:43

Jurnalistlər üçün müsabiqə elan edildi  QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə TB-REP regional vərəm proqramının Azərbaycan vətəndaş cəmiyyəti əlaqələndiricisi Sağlamlığa Xidmət İB-in təşəbbüsü və Vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə yaxınlaşmaqda olan 24 Mart Ümumdünya vərəmlə mübarizə günü ilə əlaqədar “Vərəm haqqında ən yaxşı məqalə” müsabiqəsi elan olunur.

Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR

20 Fevral 2018 22:35

Avropa Komissiyası ABŞ-ın Avropa İttifaqı ölkələrindən idxal ediləcək məhsullara rüsumların tətbiqi ehtimalını nəzərə alaraq cavab ölçülərini fikirləşir. Bu haqda Avropa İttifaqının bir neçə məmuruna istinadən “Frankfurter Allgemeine Zeitung” nəşri yazıb.

Madonnadan çılpaq selfi - FOTO

20 Fevral 2018 22:31

Beynəlxalq Ana dili günü 11 saylı internat məktəbində

20 Fevral 2018 22:28

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib. Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü anılacaq...

20 Fevral 2018 22:23

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının 26-cı ildönümü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında anılacaq . Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılarında Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilən tədbir keçiriləcək. Tədbir çərçivəsində teatrın repertuarında yer alan S. Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası nümayiş olunacaq. Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri ilə yanaşı Xocalı şəhərinin sakinləri, faciənin iştirakçısı olan şahidlər iştirak edəcək.

Türk qırıcıları Əsədin ordusunu bombalamağa başladı – Dəhşətli SSENARİ REALLAŞIR - YENİLƏNDİ

20 Fevral 2018 22:21

Son xəbərlərə görə, Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələri Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər. Onların Afrin sərhədlərindən geri çəkildiyi bildirilir.

“Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri”– Tibbi maarifləndirmə

20 Fevral 2018 22:18

Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Hövsan qəsəbəsi, 281 nömrəli tam orta məktəbdə “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” mövzusunda mühazirə keçirilib. Tədbirdə Suraxanı İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər və müəllimlər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəmkirdə mühazirə - "Cümhuriyyət tariximiz və müasirlik"

20 Fevral 2018 22:16

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Aydın Mirzəzadənin rayon ictimaiyyəti ilə görüşü olub. Olaylar.az bildirir ki, Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdən öncə qonaqlar Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb, rayonda həyata keçirilən quruculuq işləri, davamlı islahatlarla bağlı fikir mübadiləsi aparıblar.

“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir 

20 Fevral 2018 22:12

Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sibel Can haqqında inanılmaz İDDİA - Nənəsini küçəyə atdı

20 Fevral 2018 20:05

Müğənni Sibel Canın alzeymer xəstəliyindən əziyyət çəkən nənəsinə baxmadığı iddia edilib. Anası Əminə Gül Sezəri 2006-cı ildə itirən sənətçi təsəllini nənəsində tapmışdı. Nənəsinə doğulduğu Karagümrükdə ev verən Sibel Can digər qohumları üçün düşünərək altında dükanı olan üç mərtəbəli bina almışdı. Müğənni bu mənzillərindən birini dayısına digərini isə Alzeymer xəstəsi olan nənəsi vermişdi.

Doyunca yatmasanız, bu dəhşətli xəstəliklər sizi gözləyir...

20 Fevral 2018 19:55

Doyunca yatmamağın ziyanı şübhə doğurmur. Alimlər sübut ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssislər aşkarlayıblar ki, yuxunun itməsi niyə məhz beyinə təsir edir və əgər ötən gecəni rahat yatmamışıqsa, bizə nəyisə düşünmək niyə mürəkkəbdir. Məsələn, yaddan çıxmış açarlar, xoşagəlməz səhvlər, ütü, ayaqqabını ayağa düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əviv, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər.

Artıq çəkinin qarşısını alan meyvəkökü

20 Fevral 2018 19:49

Yerkökü ən faydalı meyvəköklərindən sayılır, hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var. Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb. 1991-ci ildə Avropa Şurasında yerkökü meyvə olaraq qəbul edilib.