Gündəm
Deputat: "Hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq"
“Cəmi iki ildən sonra Çində hər bir adamın fərdi qiymətləndirilməsi aparılacaq. Buna sosial reytinq sisteminin (Social Credit Score) tətbiqiylə start verilir”. Məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.
Baş epidemioloq: "Ölkədə infeksiyalardan ölüm faktı qeydə alınmayıb"
"Azərbaycanda xəstəxanadaxili infeksiyaların ləğvinə çalışırıq". Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, xəstəxanadaxili infeksiyalar epidemioloji həddi aşmayıb: "Bu gün ölkənin ən böyük xəstəxanalarında belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb".
Türk gemileri duyurdu! Yunanistan ve Rum kesimi karıştı..
Türkiye ile Güney Kıbrıs Rum Yönetimi ve Yunanistan arasında Doğu Akdeniz’de bir süredir yaşanan gerilim yeni bir evreye geçti. Türk Deniz Kuvvetleri Rumların sondaj yaptırmak istediği 3. parsel bölgesindeki faaliyetlerini 10 Mart’a kadar uzattı. Rum basınında çıkan haberlere göre Rum lider Anastasiadis bu gelişme üzerine kabinesini acilen topladı ve Yunanistan Başbakanı Alexis Çipras’ı arayarak durumdan duyduğu endişeleri iletti. Çipras da Almanya Başbakan’ı Merkel’i aradı. Merkel ve Çipras 23 Şubat’ta Brüksel’deki Avrupa Liderler Zirvesi’nde konuyu görüşmek üzere anlaştılar.
Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başladı
Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi öz işinə başlayıb. Müsabiqənin ilk turunun birinci hissəsi baş tutub. Müsabiqənin açılış mərasimində AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, respublika muğam müsabiqələri mədəniyyətimizi bəzəyən qədim muğamı qorumaq adına böyük əhəmiyyət daşıyır və eyni zamanda, gənc istedadlı muğam ifaçılarının özünü göstərə bilməsi üçün əla imkanlar yaradır.
II Yelizaveta Kiyevdə torpaq icarəyə götürdü - 49 illik
Böyük Britaniya kraliçası II Yelizaveta Kiyevin mərkəzində torpaq sahəsi icarəyə götürüb. Trend-in məlumatına görə, bu barədə şəhər şurasının qərarında qeyd olunub. Məlumata görə, icarəyə götürülən ərazi 1,6 min kvadrat metr təşkil edir. Ərazinin 49 il müddətinə icarəyə verildiyi bildirilib.
Qadağan olunmuş Azərbaycan filmi təqdim olunacaq
Martın 1-də Nizami Kino Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimatı olacaq. Filmin təqdimatı, ekran əsrinin ssenari müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110, bəstəkar Qara Qarayevin isə 100 illiyinə təsadüf edir. Təqdimat mərasimi Nizami Kino Mərkəzi ilə Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi”nin birgə təşkilatçılığı ilə reallaşacaq.
Rusiyada zəlzələ
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu barədə qərar Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında elan edilib. Beynəlxalq Ana Dili Gününün tarixçəsi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə əlaqədardır.
Şimali Koreya Maykl Pensi qəbul etmədi - SON ANDA
Şimali Koreya nümayəndələri ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən son anda imtina ediblər. Hər iki ölkənin nümayəndə heyətləri arasında Qış Olimpiadası çərçivəsində qısa bir görüş keçirilməsi planlaşdırılırdı. Görüşün ləğv edilməsi ilə bağlı xəbəri mətbuata ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. O deyib ki, Maykl Penslə təşkil ediləcək görüş heç bir açıqlama verilmədən ləğv edilib:
O heç vaxt ana ola bilməyəcək
Heydər Əliyev Sarayda “Danışan Pişik Tom və dostları”
Martın 10-11-də Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün ilk dəfə “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa təqdim ediləcək. Saraydan verilən məlumata görə, tamaşada uşaqlar və valideynləri müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun və ünsiyyət, interaktiv ekran, rəqs, əyləncə, musiqi və digər unudulmaz sürprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalar və proyesiyadan istifadə olunacaq.
Bakıda 49 manata dönər satılır - VİDEO
İtini xilas etmək istədi, həlak oldu
ABŞ-ın Kaliforniya ştatının sakini itini xilas etmək istəyərkən həlak olub. Hadisə ştatın Deyli-Siti şəhərinin çimərliyində baş verib. Gəzinti zamanı it qaçaraq qayanın kənarına yaxınlaşıb. Sahibi onu 150 metrlik uçuruma düşməkdən qorumaqa çalışıb, lakin bu zaman özü qayadan yıxılıb.
BMT Afrindəki əməliyyatı dayandırmağa çağırır
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə RİA "Novosti" məlumat yayıb. "Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar", - deyə o bildirib.
Rusiyaya məxsus mərkəz atəşə tutuldu - Suriyada
Suriyada münaqişə tərəflərinin barışdırılması üzrə Rusiya mərkəzi intensiv atəşə tutulub. Qanunsuz silahlı dəstələr Şərqi Qutadan Dəməşqin yaşayış məntəqələrini və mehmanxanalarını atəşə tutublar.














