Gündəm

İtaliya olimpiadada 3-cü qızıl medalını qazandı

21 Fevral 2018 11:44

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub. İtaliyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.

"Neftçi"də ayrılıq

21 Fevral 2018 11:43

"Neftçi" qış fasiləsində transferə çıxardığı Mateo Mujeklə yollarını ayırıb. Xorvatiyalı müdafiəçinin müqaviləsinə bu gün xitam verilib. Məlumatı klubun rəsmi saytı yayıb.

Konte: "“Barsa” hazırladığımız plan üzrə hərəkət etdi"

21 Fevral 2018 11:39

"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə keçirilən ilk qarşılaşmadan (1:1) sonra fikirlərini bildirib. Konte komandasından razı qaldığını deyib. O, oyunun məhz özlərinin hazırladığı plan üzrə getdiyini də vurğulayıb: "Futbolçularımla qürur duyuram. "Barsa" məhz bizim onlar üçün hazırladığımız plan üzrə hərəkət etdi. Ancaq hamımız yaxşı bilirik ki, Messi, Suares, İnyesta kimi futbolçularla oynayarkən, səhv etmək nə deməkdi.

"Kişilikdən xəbəri yoxdur, kişilikdən danışır" - Tolikdən canlı yayımda SƏRT İTTİHAM - VİDEO

21 Fevral 2018 11:37

Bu gün "Hər şey daxil" verilişinin aparıcısı, prodüser Tolik (Tarix Əliyev) odlu-alovlu sözləri ilə yenə verilişə damğa vurub. Efirə zəng edən xanım tamaşaçı və studiyada qonaq olan Tacir Şahmaloğlunun Tolikin aparıcılığının digərlərindən xeyli fərqləndiyini bildirməsi, aparıcının başqa məqamlara toxunmasına səbəb olub.

Ağsuçay məcrasından çıxdı, evlər təhlükə qarşısındadır

21 Fevral 2018 11:32

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər. Bu barədə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.

Əri xəyanət edən qadından ŞOK ƏMƏL

21 Fevral 2018 11:29

Bakıda gənc qadın intihara cəhd göstərib. Hadisə Nəsimi rayonunda baş verib. 1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.

Əsəd ABŞ-ı qayğı içində qoydu: "Rusiya öz gücündən istifadə etməlidir"

21 Fevral 2018 11:27

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret Suriyanın Şərqi Quta bölgəsində baş verən qətliamlara münasibət bildirib. O, yaşanan hadisələrdən dolayı ABŞ-ın qayğı içində qaldığını deyib: “Şərqi Qutada yaşanan faciədən dolayı dərin qayğı içindəyik.

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı, yaralılar var - FOTOLAR (YENİLƏNDİ)

21 Fevral 2018 11:24

Sumqayıt şəhər Təcili Tibbi Yardımdan  verilən məlumata görə, xəstələr 2 gündür xəstəxanada saxlanılır: “Yaralılar ayın 19-u saat 12.45-də ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılovun vəziyyəti ağırdır. O, hazırda reanimasiyada saxlanılır. Xəstəyə bel, omba, çanaq və aşağı ətrafın əzikləri, sınığı diaqnozu qoyulub. Digər iki nəfər- 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli sol baldır və dizin əziyi, topuq sınığı, 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov döş qəfəsi və belin çoxsaylı əzik və sınıqları ilə xəstəxanaya gətirilib”.

Türkiyə gəmiləri döyüş vəziyyətinə gətirildi

21 Fevral 2018 11:19

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizidə uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Türkiyə Dəniz Qüvvələri Kipr yunanlarının neft axtarışları həyata keçirmək istədiyi 3-cü bölgədəki fəaliyyətini martın 10-na kimi uzadıb.Yunanıstan mətbuatının xəbərinə görə, Cənubi Kipr prezidenti Nikos Anastadiadis təcili olaraq hökuməti toplayıb və Yunanıstanın baş naziri Aleksis Çiprasa  vəziyyət barədə məlumat verib. Anastadiadis baş nazirdən məsələnin BMT-nin gündəminə çıxarılmasını istəyib. Çiprasın isə Almaniyanın baş kansleri Angela Merkelə zəng edib və liderlər fevralın 23-də Brüsseldə keçiriləcək Avropa Liderləri Sammitində mövzunu müzakirə etmək barədə razılaşıblar.

2019-cu ildə G20 sammiti Osakada keçiriləcək

21 Fevral 2018 11:15

2019-cu ildə “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti Yaponiyanın Osaka şəhərində keçiriləcək. Bu barədə müvafiq qərar Yaponiya hökuməti tərəfindən verilib. Şəhər digər dövlətlərdən olan yüksək vəzifəli qonaqları yerləşdirmək üçün müvafiq infrastruktur və otellərin sayının təhlilindən sonra tədbirə ev sahibliyi etmək üçün seçilib. Sammitin keçiriləcəyi dəqiq vaxt bu il iyunun axırı və ya iyulun əvvəlində məlum olacaq.

Düşmən 135 dəfə atəşkəsi pozub

21 Fevral 2018 11:13

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Paytaxt yollarında sürət həddi aşağı salındı

21 Fevral 2018 11:12

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Sevdiyi qızın ailəsini öldürən cani - "Bu dəfə qaçırmağa gəlmişdim"

21 Fevral 2018 11:11

Türkiyədə sevdiyi qızla evlənməyinə icazə verməyən qızın ailəsini öldürüb ardınca canlı yayım edən qatil Ali Saral məhkəmədə ilk ifadəsini verib.  Balıkesir şəhərində sevdiyi qızı iki ildir istəyən, amma qızın ailəsi tərəfindən rədd cavab aldıqdan sonra qızın ailəsini qətl edən cani ifadəsində, "Bu dəfə qaçırmaq istədim, söhbətin mübahisəyə çevrilməsi ilə də ətrafa atəş etməyə başladım"- deyib.

Elxan Şahinoğlu: “Kreml Türkiyə prezidentinin nəbzini yoxlamaq istəyirdi”

21 Fevral 2018 11:08

“Bəşər Əsəd Moskvanın marionetkasıdır, bunun bariz nümunəsini Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir"

21 Fevral 2018 11:06

"Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərəkDağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik". Məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.