İtaliya olimpiadada 3-cü qızıl medalını qazandı
Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub. İtaliyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.
21 Fevral 2018 11:44 İdmanCənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub. İtaliyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.
Qeyd edək ki, Sofiya Qoca bu növdə qızıl medal qazanan ilk italiyalı xanım idmançıdır. O, hazırkı olimpiadada ölkəsinin aktivinə 3-cü qızıl medalı yazdırıb. İtaliyanın 2 gümüş və 4 bürünc medalı da var. Report.az