Konte: "“Barsa” hazırladığımız plan üzrə hərəkət etdi"
"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə keçirilən ilk qarşılaşmadan (1:1) sonra fikirlərini bildirib. Konte komandasından razı qaldığını deyib. O, oyunun məhz özlərinin hazırladığı plan üzrə getdiyini də vurğulayıb: "Futbolçularımla qürur duyuram. "Barsa" məhz bizim onlar üçün hazırladığımız plan üzrə hərəkət etdi. Ancaq hamımız yaxşı bilirik ki, Messi, Suares, İnyesta kimi futbolçularla oynayarkən, səhv etmək nə deməkdi.
21 Fevral 2018 11:39 İdman"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə keçirilən ilk qarşılaşmadan (1:1) sonra fikirlərini bildirib. Konte komandasından razı qaldığını deyib. O, oyunun məhz özlərinin hazırladığı plan üzrə getdiyini də vurğulayıb: "Futbolçularımla qürur duyuram. "Barsa" məhz bizim onlar üçün hazırladığımız plan üzrə hərəkət etdi. Ancaq hamımız yaxşı bilirik ki, Messi, Suares, İnyesta kimi futbolçularla oynayarkən, səhv etmək nə deməkdi.
"Çelsi" ideal oyuna çox yaxın idi. Amma cəmisi bir səhv... Çox təəssüf ki, bu gün bəxtimiz bir qədər gətirmədi. Bizim plan həqiqətən də yaxşı idi. İndi 1:1 hesabından danışırıq. Ancaq ola bilsin ki, "Çelsi" daha artığına layiq idi". Komanda.az