Paytaxt yollarında sürət həddi aşağı salındı
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
21 Fevral 2018 11:12 SosialYağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev verib. Bildirib ki, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.