Səudiyyə Ərəbistanı: Rusiya ilə OPEC+ əməkdaşlığı sabitliyin qarantıdır- ÖZƏL

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud Rusiya ilə OPEC+ çərçivəsində əməkdaşlığın qlobal iqtisadi sabitliyə mühüm töhfə verdiyini bildirib. Olaylar.az xəbər verir ki, o rusiyalı həmkarı Sergey Lavrovla görüşündə iki ölkənin enerji bazarlarında əməkdaşlığının təklif və tələb arasında balansın qorunmasına imkan verdiyini qeyd edib. Feysəl bin Fərhan Əl Səud bildirib ki, Riyad Moskva ilə ikitərəfli və regional məsələlər üzrə koordinasiyanı davam etdirməkdə maraqlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31