Levon Köçəryan: Robert Köçəryanın həbsinin səbəblərindən biri Ermənistan-Rusiya münasibətləridir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan mətbuat konfransında atasının həbsi ilə İrəvan-Moskva əlaqələri arasında birbaşa əlaqə olduğunu bildirib. O, Rusiya prezidentinin köməkçisinin Putin-Paşinyan görüşü ərəfəsindəki açıqlamasına toxunaraq, bu mövzunun qaldırılmasının məsələnin vacibliyini göstərdiyini deyib. 

L. Köçəryan atasının hər zaman Rusiya ilə strateji tərəfdaşlığın tərəfdarı olduğunu, Qərblə münasibətlərin Moskva ilə düşmənçilik hesabına qurulmamalı olduğunu vurğulayıb. Deputat həmçinin xəbərdarlıq edib ki, hakimiyyət yalan və saxtakarlıqla təhlükə illüziyası yaradaraq ölkəni geosiyasi maraqların toqquşduğu mərkəzə sürünləyir və öz səhv addımlarını əsaslandırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31