Ermənistan müxalifəti kilsə ilə bağlı bəndi Konstitusiya Məhkəməsində mübahisələndirə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" parlament fraksiyasının deputatı Levon Koçaryan hökumətin 2026-2031-ci illər üzrə proqramında Erməni Həvari Kilsəsinə aid maddənin Konstitusiya Məhkəməsində mübahisələndirilə biləcəyini açıqlayıb. Hüquqşünasların təklif etdiyi bu addım kilsənin dövlətdən ayrı olması prinsipinə əsaslanır. Hökumət proqramındakı "Mənəvi təhlükəsizlik" bölməsində kilsənin "yenilənməsi" həyati zərurət kimi qeyd olunub. Bu təşəbbüs hakimiyyətin Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı davam edən kampaniyası fonunda baş verir. Məhkəmə qərarının icrasına mane olmaqda təqsirləndirilən Katolikos barəsində cinayət işi qaldırılıb və ölkədən çıxışına qadağa qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31