Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı, yaralılar var - FOTOLAR (YENİLƏNDİ)
Sumqayıt şəhər Təcili Tibbi Yardımdan verilən məlumata görə, xəstələr 2 gündür xəstəxanada saxlanılır: “Yaralılar ayın 19-u saat 12.45-də ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılovun vəziyyəti ağırdır. O, hazırda reanimasiyada saxlanılır. Xəstəyə bel, omba, çanaq və aşağı ətrafın əzikləri, sınığı diaqnozu qoyulub. Digər iki nəfər- 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli sol baldır və dizin əziyi, topuq sınığı, 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov döş qəfəsi və belin çoxsaylı əzik və sınıqları ilə xəstəxanaya gətirilib”.
21 Fevral 2018 11:24 SosialSumqayıt şəhər Təcili Tibbi Yardımdan verilən məlumata görə, xəstələr 2 gündür xəstəxanada saxlanılır: "Yaralılar ayın 19-u saat 12.45-də ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılovun vəziyyəti ağırdır. O, hazırda reanimasiyada saxlanılır. Xəstəyə bel, omba, çanaq və aşağı ətrafın əzikləri, sınığı diaqnozu qoyulub. Digər iki nəfər- 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli sol baldır və dizin əziyi, topuq sınığı, 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov döş qəfəsi və belin çoxsaylı əzik və sınıqları ilə xəstəxanaya gətirilib".
Sumqayıt Şəhər "Lift-Servis" Birliyinin rəisi Cümşüd İsmiyev Publika.az-a bildirib ki, hadisə Sumqayıt şəhərində baş versə də, binalarda lift quraşdırılması onların səlahiyyətində deyil:
"Şəhərdə köhnə liftlərin dəyişdirilməsi üçün yeni liftlər alınır. Amma Sumqayıtda bəzi ərazilərə biz, bəzi ərazilərə isə Bakı Lift İdarəsi baxır. Bu hadisə ilə bağlı bizə yox, onlara müraciət edin". Publika.az
***
Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.
Hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.
Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. Report.az