Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi başladı
Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi öz işinə başlayıb. Müsabiqənin ilk turunun birinci hissəsi baş tutub. Müsabiqənin açılış mərasimində AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, respublika muğam müsabiqələri mədəniyyətimizi bəzəyən qədim muğamı qorumaq adına böyük əhəmiyyət daşıyır və eyni zamanda, gənc istedadlı muğam ifaçılarının özünü göstərə bilməsi üçün əla imkanlar yaradır.
21 Fevral 2018 09:58 MədəniyyətTəhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə Xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsi öz işinə başlayıb. Müsabiqənin ilk turunun birinci hissəsi baş tutub.
Müsabiqənin açılış mərasimində AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, respublika muğam müsabiqələri mədəniyyətimizi bəzəyən qədim muğamı qorumaq adına böyük əhəmiyyət daşıyır və eyni zamanda, gənc istedadlı muğam ifaçılarının özünü göstərə bilməsi üçün əla imkanlar yaradır. Müsabiqənin keçiriləcəyi günləri musiqi bayramı adlandıran rektor S. Kərimi, bu günlər ərzində səmərəli iş aparılacağından və milli muğamımızın gələcəyi naminə ədalətli qərarlar qəbul olunacağından əmin olduğunu dilə gətirib.
Daha sonra iştirakçıların sıra nömrələrinin təyin olunması üçün püşk atılıb və ardından instrumental muğam ifaçılarının çıxışlarına start verilib. İlk gündə 7 xanəndə və 10 instrumental ifaçı, münsiflər heyəti tərəfindən dinlənilib.
Qeyd edək ki, ümumilikdə 36 iştirakçı müsabiqədə iştirak edir. Onlardan 15-i xanəndə, 21-i isə instrumental muğam ifaçısıdır.