İranda təyyarə qəzası qurbanlarının 45 nəfərinin cəsədi tapıldı

İran xilasediciləri qəzaya uğramış "ATR-72" təyyarəsinin qurbanlarının 45-inin cəsədini aşkarlayıblar. Bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib. "Həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib", - deyə o bildirib.

İran xilasediciləri qəzaya uğramış "ATR-72" təyyarəsinin qurbanlarının 45-inin cəsədini aşkarlayıblar. Bu barədə Fövqəladə Hallar İdarəsinin yerli idarəsinin rəhbəri Cəlal Puranfard bildirib.

"Həlak olanların axtarışı davam edir. İndiyədək 45 cəsəd tapılıb. Onlardan bəzilərinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib", - deyə o bildirib.

Cəlal Puranfard bununla yanaşı qeyd edib ki, cəsədlər Yasuc şəhərinin Məhkəmə-Tibb ekspertizasına göndəriləcək. Onun sözlərinə görə, cəsədlərinin təxliyə edilməsi çərşənbə günü planlaşdırılır.

Qeyd edək ki, "Aseman Airlines" şirkətinə məxsus, Tehrandan Yasuca üçan "ATR-72" sərnişin təyyarəsi ötən bazar günü qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 6 heyət üzvü də daxil olmaqla, 66 nəfər olub. Onlar hamısı qəzada həlak olub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31