Orta məktəbdə silah səsləri eşidildi

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib. Bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb. Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib. Bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31