“Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan Demokratik Respublikasının dil siyasəti” mövzusunda tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində gələcəkdə “Dil və fəlsəfə”, “Dil və ədəbiyyat”, “Dil və mədəniyyət” kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
20 Fevral 2018 22:12 SosialFevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Dilimiz və mənəviyyatımız" layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Azərbaycan Demokratik Respublikasının dil siyasəti" mövzusunda tədbir keçirilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideya müəllifi olduğu "Dilimiz və mənəviyyatımız" layihəsi çərçivəsində gələcəkdə "Dil və fəlsəfə", "Dil və ədəbiyyat", "Dil və mədəniyyət" kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev 1918-ci ilin Azərbaycan xalqının tarixində yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, f.f.d. Elçin İbrahimov bildirib ki, AXC 23 aylıq hakimiyyəti dövründə bir çox ciddi qərarlar qəbul edib ki, bunlara nümunə olaraq Azərbaycan (türk) dilinin dövlət dili kimi qəbul edilməsi, Darülfunun (Bakı Universitetinin) açılmasını göstərmək olar.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov AXC-nin əlifba islahatından söz açıb. Bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda ərəb əlifbasından imtinaya ən çox etiraz edən tatar və qazax türkoloqları olub.
Digər çıxışçılar Azərbaycanda dil siyasətinin mərhələləri və bu yolda aparılan mübarizədən, sovet dönəmində ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında göstərdiyi xidmətlərdən, AXC-nin qısa zaman kəsiyində apardığı uğurlu siyasətin tərkib hissəsi olan dil və təhsil siyasətindən danışıblar.