Gündəm
Yeyinti məhsullarına etibar edə bilərikmi?
Ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafı ixrac potensialının atrımına əlverişli şərait yaradır. Daha doğrusu, Azərbaycanın dünya bazarına çıxması, bu bazarda öz brend məhsulunu təklif etməsi zərurəti yaranır. Belə halda tələb olunan ilk qayda məhsulun keyfiyyətinin beynəlxalq standarta cavab verməsidir. Düzdüqr, son illər ərzində ölkədə qida təhlükəsizliyinin təmiminatı, ərzaq məhsullarının keyfiyyətinin artırılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də yerli bazarda keyfiyyətsiz, insan orqanizmi üçün təhlükəli hesab olunan yeyinti məhsullarına rast gəlinməkdədir.
Orqanizmə vacib olan vitaminlər necə qəbul edilməlidir?
Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik. Çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var. Amma vitaminlərin artıqlığının da olduqca çox ziyanları vardır. Ona görə də vitaminləri də qəbul edərkən normadan artıq və ya əskik şəkildə qəbul etmək lazım deyil. Tibb məsələləri üzrə ekspert, həkim Füzuli Hüseynov deyir ki, bir çox hallarda valideynlər vitamin qəbul etmək lazım gələndə birbaşa dərman preparatlarına üstünlük verirlər.
Əcnəbilərin Azərbaycanda bank kartları ilə apardıqları əməliyyatların dəyəri 70% artıb
2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 22 mln. manat təşkil edib. Məlumata görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bildirib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70% artıb.
Avropada dövlətçilik əleyhinə formalaşmış söyüşcül qrup
Zaman-zaman müxtəlif adlar altında Avropaya gedib orada özünə sığınacaq əldə edən, bu gün isə qoca qitədən Azərbaycan dövlətçiliyi, hakimiyyətinə qarşı barışmaz mövqe sərgiləyən bəzi milli ünsürlərin fəaliyyəti cəmiyyətimizdə haqlı olaraq narazılıq yaradır. Siyasi mövqeyindən və cəmiyyətdəki yeri, rolundan asılı olmayaraq əksəriyyət bu kimi hallara qarşı öz etirazını ifadə edir. Xüsusilə həmin şəxslərin siyasi mübarizə üsulunda təhqirə yol vermələri mənfi hal kimi qiymətləndirilir.
Dünyanın ən gözəl çimərliklərinin ADLARI açıqlandı
"TripAdvisor" dünyanın 25 "ən yaxşı çimərliyi"nin adlarını açıqlayıb. Məlumata görə, aparılan sorğular nəticəsində Baham adaları yaxınlığında Terks və Kaykos adalarındakı Qreys-Bey çimərliyi ilk yerdə qərarlaşıb. Şəffaf suyu və xırda qumu ilə seçilən bu çimərlik YUNESKO-nun maddi-mədəni irs nümunələri sırasına da daxil edilib. İkinci yerdə isə Braziliyanın "Baia do Sancho" çimərliyi qərarlaşıb. Bura vulkanik mənşəli 20-yə yaxın adadan ibarət füsunkar bir yerdir. Üçüncü yerdə isə Kubanın "Varadero" çimərliyi yer alıb.
Gənclər narkotik asılılığı girdabına niyə yuvarlanır
Günümüzdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Qlobal səviyyədə bu problemə qarşı mübarizə aparılsa da, onun qarşısını almaq, bu problemi dəf etmək hələlik qeyri-mümkün olaraq qalır. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməyib. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilib.
Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin edilib
Təhsil sahəsinin inkişafı, bu sektorda çalışanların sosial halının gücləndirilməsi hər zaman dövlətin əsas prioritet vəzifələrindən hesab edilir. Müntəzəm olaraq dövlət rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğı fonunda bunu görmək mümkündür.
Bumeranq lənət- və yaxud narkotika dumanında boğulan insanlıq
Alişan on gün danışmayacaq
Məşhur türkiyəli müğənni Alişan səs tellərindən əməliyyat olunub. Olaylar.az bildirir ki, əməliyyat zamanı müğənninin aktrisa sevgilisi Buse Varol əməliyyatdan sonra Alişanın görüntülərini sosial media hesabından paylaşıb.
Yanğın, yoxsa təxribat?
Gözlənilən idi. Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğın hadisəsini deyirəm. Nədən? Çünki Azərbaycan daha bir mühüm siyasi hadisənin, ölkə üçün əhəmiyyətli olan prosesin astanasındadır. Təəssüflər olsun ki, artıq vərdiş etmişik bu kimi çağrılmamış “qonaqlara”, gözlənilməyən hadisələrə. Hər dəfə ölkəmiz hansısa bir mühüm mərhələ ərəfəsində olanda Azərbaycanı sevməyən qüvvələr və onun daxildəki havadarları, lap elə ölkəmizə müxtəlif yollarla sızmış qruplar bu kimi təxribatçı hərəkətlərə əl atırlar. Bu baxımdan Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən dəhşətli yanğını da prezident seçkiləri ərəfəsində olan Azərbaycana “bəxş edilən” və heç də xoş olmayan bir “sürpriz” saymaq olar.
Cəfər Axundzadə: “Qızıma söz vermişəm ki, tezliklə siqareti atacağam"
İtkin düşən şəxs nəhəng heyvanın mədəsindən çıxdı - VİDEO
İndoneziyada timsah tərəfindən parçalanıb yeyilən insan qalıqları tutulan heyvanın mədəsindən vətəndaşlar tərəfindən çıxarılıb. 36 yaşlı Andi Aso Eranq adlı şəxsi yediyindən şübhələnilən timsah polislər tərəfindən öldürülüb.
Yeni prezident Ermənistana nə vəd edir?
Martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçdi. Hakim “Respublika” Partiyasının namizədi Armen Sərkisyan Ermənistanın yeni prezidenti oldu. Müxalifət sayılan "Tsarukyan” fraksiyası hakimiyyətin namizədini dəstəklədi. Səsvermədə parlamentin 105 deputatından 101-i iştirak edib.
İrəvan danışıqlar prosesini pozmağa çalışacaq
Ermənistanda seçki şousu nəhayət ki, başa çatdı. Əslində bunu seçki yox, təyinat adlandırmaq daha doğru olardı. Belə ki, Ermənistanın yeni prezidenti məhz Serj Sərkisyanın istəyi və dəstəyi ilə işğalçı ölkənin parlamentində təyin olundu. Artıq Ermənistanın prezidenti Armen Sərkisyan olsa da, yenə də bu ölkədə əsas söz sahibi baş nazirlik postuna doğru sürətlə irəliləyən Serj Sərkisyan olacaq.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 4-də saat 6 radələrində Səbail rayonunun Badamdar şossesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Davidov vurulmuş və nəticədə o, hadisə yerində ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.














