Gündəm

Evdən 700 manat aparan ələ keçib

5 Mart 2018 13:17

Oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 3-də Bərdə rayonunun Cəyirli kəndindəki evlərin birindən 700 manat oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Dağlar Kərimov Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Maşından noutbuk oğurlayan saxlanıb

5 Mart 2018 13:16

Avtomobillərdən noutbuk oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 11-də və 22-də Bakı şəhər sakinləri Rasim Xəlilova məxsus “Hyundai” və Fuad Xalxaliyə məxsus “TOFAŞ” markalı avtomobillərdən noutbuk oğurlanıb. Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. ​​​​​​​

Bakıda cibgir qadın saxlanıb

5 Mart 2018 13:14

Oğurluq etmiş Gülnarə Novruzovanın digər cinayət əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, saxlanılan Gülnarə Novruzovanın ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin noyabrın 8-də bir qadının çantasından 217 manat və sənəd oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Nazir müavini: "İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanır"

5 Mart 2018 13:10

"Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün ehtiyat dərsliklərinin hazırlanması istiqamətində işlər aparılır". Bunu təhsil nazirinin vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov deyib.

Azərbaycanın bank sektorunda çalışanların sayı artıb

5 Mart 2018 13:09

2018-ci il fevralın 1-nə Azərbaycanın bank sektorunun işçilərinin sayı 16207 nəfər təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Bu il Azərbaycanın bank sektoru 87 mln. manat mənfəət əldə edib

5 Mart 2018 13:06

2018-ci il fevralın 1-nə bank sektorunun xalis mənfəəti 86,7 mln. manat təşkil edib.  Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabatda bildirir ki, bu il bankların faiz gəlirləri 146,9 mln. manat, faiz xərcləri isə 50,8 mln. manat olub.

Şantajla məşğul olan dəstə saxlanıb

5 Mart 2018 13:03

Ağsu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ramazan Kərimov, Vurgun İdayətov və Mehdi Umudov saxlanılıblar. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, saxlanılan şəxslər martın 3-də C.Şahbazova və Ə.Həmidova hədə-qorxu gəlib barələrində rüsvayedici məlumatlar yayacağı adı ilə pul tələb etməkdə şübhəli bilinirlər. Araşdırma aparılır.

Baş leytenant 4 il azadlıqdan məhrum edildi

5 Mart 2018 13:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Nicat Əliyev dörd il azadlıqdan məhrum edilib. “Olaylar” xəbər verir ki, martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

Azərbaycan nümayəndə heyəti Qarsa səfər edib

5 Mart 2018 13:01

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Banklardakı əmanətlərin həcmi açıqlanıb

5 Mart 2018 12:58

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olub.

Bu, əsl qiyamət olacaq: Türkiyə və ABŞ-ın döyüş... - TARİX AÇIQLANDI

5 Mart 2018 12:56

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlayacaq. Bu haqda “Milliyyət” nəşri yazıb. Nəşrinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə (adanın yunan və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri qarşı-qarşıya gələ bilər. “Milliyyət” qeyd edir ki, əsl qiyamət o zaman qopacaq.

Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsi aktivləşib

5 Mart 2018 12:54

Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsi aktivləşib. Sürüşmənin aktivləşməsi nəticəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmənin aktivləşməsinə əraziyə düşən atmosfer yağıntıları və texnogen amillər səbəb olub.

Polis məntəqəsinə hücum – Kərkükdə

5 Mart 2018 12:55

İraqın Kərkük şəhərinin Havice qəsəbəsində yerləşən polis məntəqəsinə hücum olub. Olaylar.az bildirir ki, məntəqəyə hücum edən 8 İŞİD üzvü olan terrorçu məhv edilib.

Mədəniyyət və Turizm Nazirliyi Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib

5 Mart 2018 12:53

Mədəniyyət və Turizm Nazirliyibəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib. Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, nazirlik dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayevşəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib.

“Boy çiçəyi” tamaşası yenidən səhnədə

5 Mart 2018 12:53

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası təqdim olunub. Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətovdur.