Gündəm

“Elektrik” evdən 4 min manat aparıb

5 Mart 2018 12:49

Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. Bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Mikayıl Cabbarov Qubada qəbul keçirəcək

5 Mart 2018 12:47

Vergilər naziri Mikayıl Cabbarov martın 9-da, saat 11:00-də Quba rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək.“Olaylar” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Quba şəhər,i Yeni körpü 1 ünvanında yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

MSK sədri prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib

5 Mart 2018 12:44

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Formula 1" yarışına hazırlıqla bağlı işlərin böyük bir qismi görülüb

5 Mart 2018 12:43

"Formula 1" yarışına hazırlıqla bağlı işlərin böyük bir qismi görülüb. “OLAYLAR” xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O, bildirib ki, görülən işlərdə heç bir gecikmə və problem yoxdur: “Ötən illə müqayisədə bu il elə də böyük dəyişiklik gözlənilmir: Yalnız əyləncə proqramında yenilik olacaq.

BŞTİ qalibləri müəyyən etdi

5 Mart 2018 12:40

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turu başa çatıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil edilən şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 100-ə yaxın pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 12 pedaqoji mühazirə müəllifi ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.

"Bandotdel" əməliyyat keçirdi: silah-sursat götürüldü

5 Mart 2018 12:29

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.

Qənirə Paşayeva Türk dünyasını haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb

5 Mart 2018 12:27

Millət vəkili Q. Paşayeva İzmirdə Qarabağla bağlı tədbirdə Türk dünyasına çağırış edərək haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb.

Saakaşvili yenidən Gürcüstanda hakimiyyətə gəlmək istəyir

5 Mart 2018 12:20

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Facebook-da öz tərəfdarlarına video mesaj göndərərək, 2018-ci ildə Gürcüstanda hakimiyyətə qayıtmaq istədiyini açıqlayıb.

Baş Prokurorluq Sumqayıtda bir ailənin məhvi ilə nəticələnən hadisə barədə məlumat yayıb

5 Mart 2018 12:17

Respublikası Baş Prokurorluğu Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlham Əliyev Mərakeşin XİN başçısı ilə görüşdü

5 Mart 2018 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanı qəbul edib.

Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi

5 Mart 2018 12:12

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Məlumata görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar. 

Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi - Yaralı var

5 Mart 2018 12:09

Ermənistan ordusu zabitinin sərxoş vəziyyətdə törətdiyi yol qəzasında bir nəfər xəsarət alıb.  Hadisə Yerevan-Sevan avtomobil yolunda baş verib.  Belə ki, 32 yaşlı Erik Petrosyanın idarə etdiyi "Volkswagen" markalı avtomobil 40 yaşlı Qurgen Sarkisyanın idarə etdiyi "Toyota Land Cruiser"ə çarpılıb. "Toyota Land Cruiser" Ermənistan olqarxı, müxalifətdə olduğu iddia edilən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsraukyanın atası Nikolay Tsraukyana məxsusdur. Qəza da Q.Tsarukyana məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. 

Müharibə başlaya bilər - İsrail Rusiyadan ZƏMANƏT İSTƏDİ

5 Mart 2018 12:05

İsrail Rusiya ilə İran bölmələrinin Colan təpələrinə yaxınlaşmayacağı barədə zəmanətləri müzakirə edir. Bu haqda İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Aleksandr Ben-Svi bildirib. O vurğulayıb ki, Moskva Suriyada şiə bölmələrinin mövcudluğuna dair İsrailin narahatlığını birmənalı anlayır. Ben-Svinin sözlərinə görə, bu məsələlər Rusiya-İsrail konsultasiyaları zamanı müzakirə edilir.

Təhsil Nazirliyi: "Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb"

5 Mart 2018 12:04

Azərbaycanın oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın - PIRLS 2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələri ictimaiyyətə təqdim olunub. Məlumata görə, bununla bağlı bu gün keçirilən təqdimatda çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, “Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Səidə Sultan sevgilisindən ayrıldı: "Hər şeyimi qurban verdim" -  VİDEO

5 Mart 2018 11:48

Müğənni Səidə Sultan sevgilisindən ayrılıb. Məlumata görə, ifaçı bu barədə “Atv maqazin onlarla” verilişində deyib: “Hər şeyi qurban verdim. Heç bir qızın və oğlanın etmədiyi işi etdim. Amma nə olsun? Qardaş, sən get, yaxşı yol. Mən ərə gedəcəm, özü də elə belə yox, yaxşı oğlana ərə gedəcəm.