"Formula 1" yarışına hazırlıqla bağlı işlərin böyük bir qismi görülüb

"Formula 1" yarışına hazırlıqla bağlı işlərin böyük bir qismi görülüb. “OLAYLAR” xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O, bildirib ki, görülən işlərdə heç bir gecikmə və problem yoxdur: “Ötən illə müqayisədə bu il elə də böyük dəyişiklik gözlənilmir: Yalnız əyləncə proqramında yenilik olacaq.

"Formula 1" yarışına hazırlıqla bağlı işlərin böyük bir qismi görülüb. "OLAYLAR" xəbər verir ki, bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib. O, bildirib ki, görülən işlərdə heç bir gecikmə və problem yoxdur: "Ötən illə müqayisədə bu il elə də böyük dəyişiklik gözlənilmir: Yalnız əyləncə proqramında yenilik olacaq. Belə ki, bildiyiniz kimi, bu il "Formula 1" yarışı apreldə keçiriləcək və hava şəraiti ilə əlaqədar olaraq konsert proqramı Bakı bulvarında deyil, "Baku Crystal Hall"da təşkil ediləcək".

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran-Prisi bu il aprelin 27-29-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31