Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Məlumata görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.
5 Mart 2018 12:12 İdmanBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Məlumata görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar. Milli komandalarda və qitə miqyaslı oyunlarda 3 və daha çox qol vuranların cədvəlinə 26 futbolçu daxil edilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 9 qol vuran Əyyub Əl Kaabidi. "Penalsans" klubunun üzvü yalnız yığmada fərqlənib. 2-ci yerdə argentinalı Emiliano Tade qərarlaşıb. O, Yeni Zelandiyanın "Oklend Siti" klubunda 5 qola imza atıb. Cənubi Koreyalı Şin-Vuk Kim ("Yonbuk Hyundai") millidə vurduğu 4 qolla ilk "üçlüy"ü qapayır.
Qeyd edək ki, Azərbaycan millsi və klubları bu il keçirilən beynəlxalq matçlarda qol vurmayıb. Apasport.az