BŞTİ qalibləri müəyyən etdi
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turu başa çatıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil edilən şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 100-ə yaxın pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 12 pedaqoji mühazirə müəllifi ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.
5 Mart 2018 12:40 Sosial"Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turu başa çatıb. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil edilən şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 100-ə yaxın pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 12 pedaqoji mühazirə müəllifi ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.
Pedaqoji mühazirələrdə ən çox "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması", "Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi", "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri", "İstedadlı şagirdlərlə işin təşkili formaları" mövzularına müraciət olunub.
Pedaqoji mühazirələrin ölkə mərhələsinin aprel-may aylarında keçirilməsi nəzərdə tutulur. Ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.