Mikayıl Cabbarov Qubada qəbul keçirəcək
Vergilər naziri Mikayıl Cabbarov martın 9-da, saat 11:00-də Quba rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək.“Olaylar” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Quba şəhər,i Yeni körpü 1 ünvanında yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.
5 Mart 2018 12:47 SosialVergilər naziri Mikayıl Cabbarov martın 9-da, saat 11:00-də Quba rayonunda bu regiondan olan vətəndaşları qəbul edəcək."Olaylar" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, qəbul Quba şəhər,i Yeni körpü 1 ünvanında yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək. Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 5-8 mart tarixlərində adı çəkilən Ərazi Vergilər İdarəsinə, Qusar, Xaçmaz və Şabran rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və yaxud nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. "Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər", - deyə məlumatda qeyd edilib.